Bu gün:

Soyuducunun içərisində necə düzən yaratmalıyıq?


Soyuducu mətbəxdə istifadə olunan ən vacib avadanlıqlardan biridir. Qidaların ömrünü uzatmaq, onları qorumaq və saxlamaq üçün istifadə olunur. Ancaq bəzən soyuducunun içərisini düzənə salmaq çətin ola bilər. Çox güman ki, əşyaları tapmaq üçün rəfləri "gəzməyə" çox vaxt sərf edəcəksiniz. Soyuducunuzu mütəşəkkil formada saxlamaq vaxtınıza və pulunuza qənaət etməyə kömək edə bilər. Bu, qida tullantılarını, eləcə də sizə lazım olanı tapa bilmədiyiniz zaman hiss etdiyiniz məyusluğu azalda bilər. Soyuducunuzdakı qarışıqlıqla mübarizə aparmağa və onu düzənə salmağa hazır olduğunuzda, bu altı ümumi səhvi yada salın. 

Ərzaq mağazasından qayıdanda və ya yemək qalıqlarını qoyanda soyuducuda hər şeyin uyğun olacağı yer tapacaqsınız. İnsanların çoxunun qarşılaşdığı ən böyük soyuducu problemlərindən biri qidaların istifadə edilməzdən əvvəl xarab olması və ya soyuducunun nizamsız olması və hər şeyin içinə doldurulması səbəbindən əllərində olanları görə bilməmələridir. Qalıqlar soyuducuya daha çox əlavə olunduqca arxada qalmağa, sonra isə görünməz olmağa meyillidir. Buna görə də tez-tez unudulur. Qida israfı böyük problemdir. Bu, nəinki pul xərcləyir, həm də zibilxanalara atılan qidalar ekoloji problemlər yaradır. Soyuducunuzda qidaları hansı rəfdə saxlamağa bir az daha diqqətli olduğunuz zaman yeməyin "öldüyü" yer olmayacaq. Soyuducunuzu marketlərdə və ya tərəvəz mağazalarında gördüyünüz kimi kateqoriyalara ayırmalısınız. Ət, pendir, meyvə və tərəvəz üçün yeriniz var. Ədviyyatlarınız üçün qablardan istifadə edin və rəflərinizi yediyiniz qidalara uyğun qurun.

Məsələn, müntəzəm olaraq salatlar yeyirsinizsə, bütün salat inqrediyentlərini bir yerdə saxlayın ki, yeməyinizi asanlıqla hazırlayasınız. 

Temperatura diqqət etməlisiniz 

Qapılardakı rəfləri soyuducunun ən isti hissəsidir və orada saxlanılan qidaların xarab olma riski daha yüksəkdir. Heç vaxt orada çiy ət və ya quş əti saxlamayın. Nə qədər rahat olsa da, bura süd və ya yumurta üçün ən yaxşı yer deyil.

Bunun əvəzinə, süd və yumurtaları rəfin arxasında və ya heç olmasa temperaturun ən uyğun olduğu orta rəfdə saxlayın.  Qapılardakı rəflərdə ədviyyatları saxlayın.

Saxlama qablarından istifadə etməlisiniz 

Qalıqları orijinal qablarda saxlamaq və ya bir dəstə məhsulu rəflərdə saxlamaq asandır. Ancaq bəzi rahat saxlama qutularına investisiya etməyi düşünün. Onda siz həmişə orada olanları görə biləcəksiniz və sizdə olanları unutmayacaqsınız.

Saxlama yerini itirməmək üçün kvadrat və ya düzbucaqlı qablar seçə bilərsiniz. Onu necə saxlamağınızdan asılı olmayaraq, onu orijinal qablaşdırmadan başqa bir qaba qoyursunuzsa, məhsulun son istifadə tarixlərini, xüsusən də tez tükənməyən qidaları qeyd etmək üçün mütləq silinə bilən qələmdən istifadə edin. Əşyaları soyuducuda olduğu kimi növlərinə görə çeşidlənmiş formada dondurucuda saxlayın. Şəffaf dondurucu qablar dondurulmuş meyvələr, tərəvəzlər və ya ətlər kimi qidaları bir yerdə qruplaşdırmaq üçün əladır və üst-üstə yığıldıqda, dondurucunun qapısı açıldığında düşmədən rəflər arasında tam hündürlüyü artıra bilər.

Dondurmadan əvvəl qidaları plastik qab ilə və ya folqa ilə büksəniz, bir az lent götürün ki, hər şeyi etiketləyə biləsiniz, bu da qidaların tapılmasını asanlaşdırır.

Düzən yaratmağa başlamazdan əvvəl soyuducunuzu təmizləyin. Bütün rəfləri yuyun və mümkünsə çıxarın ki, tamamilə təmiz olsun. Növbəti dəfə ərzaq mağazasına gedəndə ehtiyacınız olmayan şeyləri almamaq üçün əlinizdə olanları inventarlaşdırın. Bəzi qidaların istifadə müddəti bitdikdən sonra yemək təhlükəlidir. 

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 




Paylaş
Şərh əlavə et