İpək Yolu Çin və Uzaq Şərqi, Yaxın Şərq və Avropa ilə birləşdirən ticarət yolu idi. “İpək Yolu” termini alman coğrafiyaçısı və tarixçisi Ferdinand Von Richthofen tərəfindən ticarət yollarını təsvir etmək üçün istifadə edilənə qədər işlədilməmişdi.

İpək Yolu, Çində Xan süləsinin eradan əvvəl 130-cu ildə Qərblə rəsmi ticarət açan zaman qurulmuşdu. Osmanlı imperiyasının Çinlə ticarəti boykot etməsindən sonra bağlanılır. İpək Yolu marşrutları malları Fars körfəzindəki limanlara aparır, daha sonra Dəclə və Fərat çaylarına qədər daşınılırdı.
İpək Yolu adlanan bu ticarətə taxıl, dəri, alətlər, incəsənət əşyaları və bəlkə də dil, mədəniyyət, dini inanclar daxildir. Çinlilərin ixtira etdiyi kağız və barıt kimi materiallar İpək yolu vasitəsilə Şərq və Qərbdə ən çox satılan əşyalar idi.
Ümumiyyətlə, İpək Yolu bir çox ölkələrin iqtisadiyyatının yüksək səviyyədə inkişafına böyük təsir göstərsə də, 1492 ci il Xristofor Kolumbun Amerika qitəsini kəşf etməsindən sonra öz əhəmiyyətini xeyli dərəcədə itirmişdi.
Mənbə: history.com
Tərcümə etdi: Aytac Musayeva
