Bu gün:

Yeməkləri qızardarkən zeytun yağından istifadə edə bilərikmi?


Aralıq dənizi mətbəxində geniş istifadə edilən zeytun yağı ürək sağlamlığına faydalı olması ilə tanınır. Yaxşı, qızardarkən zeytun yağından istifadə etmək olar? Salatlarda, qəlyanaltılarda, dolmalarda istifadə edilən zeytun yağını bəzən çörəyə batıraraq tək yemək olar.

Dünya mətbəxlərində də istifadə edilən zeytun yağı həm tərəvəz, həm də ət yeməklərində istifadə olunur. Ürək sağlamlığına faydalı olduğu düşünülən bu yağ digər yağlardan daha sağlam və daha faydalıdır. 


Qızartma zamanı zeytun yağından istifadə etmək olarmı?

Həm qənaətcil, həm də istiyə davamlı olduğu üçün mətbəxdə, ümumiyyətlə, günəbaxan yağından istifadə edirik. Zeytun yağının yüksək temperaturda yanacağı və zəhərli olacağı düşünüldüyü üçün qızartmaq üçün üstünlük verilmir. Halbuki zeytun yağı həm Ege, həm də dünya mətbəxlərində qızartmaq üçün istifadə olunur. Zeytun yağı istiliyədavamlı yağ olduğundan qızartma mərhələsində zəhərli təsir yaratmır. 

İtaliyanın Bolonya Universitetinin Qida Elmləri Departamenti tərəfindən aparılan araşdırmaya görə, düzgün yemək qabları və düzgün istilik rejimi istifadə edildikdə zeytun yağı heç bir problem olmadan istifadə edilə bilər. Günəbaxan yağı kimi yağların qaynama temperaturu 180 dərəcə olarkən, zeytun yağının saxlama müddəti 190-220 dərəcə arasındadır. Belə ki, məşhur inancın əksinə olaraq, zeytun yağı digər yağlara nisbətən yüksək temperatura daha davamlıdır. 

Qızartmada hansı zeytun yağı istifadə olunur?

Qızartmaq üçün kanola və ya günəbaxan yağı yerinə zeytun yağı istifadə etmək daha yaxşı seçimdir. Zeytun yağının turşuluq səviyyəsi nə qədər çox olarsa, davamlılığı da bir o qədər çox olar. Lakin zeytun yağının temperatur müqaviməti yağın növündən asılı olaraq dəyişir. Məsələn, erkən yığılmış süzmə zeytun yağının qaynama temperaturu 190 dərəcə olduğu halda, rivierada bu nöqtə 210 dərəcədir. Bundan əlavə, süzmə zeytun yağı qızardıldığında pis qoxu buraxa bilər. Buna görə də qızartmaq üçün Riviera zeytun yağından istifadə daha yaxşı nəticə verə bilər.

Qeyd: Bazarda olan bəzi zeytun yağı növləri yalnız soyuq delikateslərdə istifadə üçün istehsal olunur. Zeytun yağını, isti yeməklərdə və qızartmalarda istifadə etməyin.

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et