Brovni kərə yağı, un, tünd şokolad və şəkərlə hazırlanmış çox dadlı keksdir. Qırmızı meyvə, ağ şokolad və ya bir çox başqa versiyalarla hazırlana bilər. Çay və qəhvə ilə birlikdə ləzzətlə yeyilən kekslərin hazırlanmasında diqqət edəcəyiniz məqamları sizinlə bölüşdük:

19-cu əsrdə Kanada və ABŞ-da yaranan Brovni şokoladlı keksin bir növüdür. Bişirilməsində yağ, un, tünd şokolad və şəkərdən istifadə olunur. Bu gün çox sevilən və yeyilən Brovni şokolad sevərlərin imtina edəməyəcəyi ləzzətdir. Dondurma ilə yanaşı süfrəyə gətirilə bilər.
Brovni xəmirinizdə tünd şokoladdan istifadə edin
Brovni xəmirinə ərinmiş şokolad və kakaonu birlikdə əlavə edin
Bəzi keks reseptləri ərinmiş şokolad tələb edir, bəzilərində yalnız kakao tozu, bəzilərində isə hər ikisi var. Hər halda qara şokoladdan istifadə etməyi mütləq tövsiyə edirik
Brovnilərinizdə otaq temperaturunda olan yumurta və ərinmiş yağdan istifadə edin
Yumurta və şəkəri yüngül və köpürənə qədər çırpın
Brocni xəmirinə ləzzət qatmaq üçün qırmızı meyvələr və ağ şokolad kimi ləzzətlər əlavə edə bilərsiniz
Brovni xəmirini çox qarışdırmayın

Bir az çimdik duz qatın
Yaxşı bişirin
Resept ölçülərinə riayət edərək, məmulatları diqqətlə əlavə edin
Brovni bişirmək üçün düzgün ölçülü qablar seçin. Sizin məhlulunuz qəlibdə çox nazik və ya çox qalın olmamalıdır

Kərə yağı və şokoladı düzgün əridin, yandırmamağa diqqət edin
Bir qabda kakao və un kimi quru inqrediyentləri qarışdırın, sonra ələyin və əlavə edin
Çox bişirməyin. Çox bişmiş keks soyuduqca sərtləşəcək
Brovnini kəsməzdən əvvəl soyudun
Bıçaqla kəsərkən hər kəsikdən sonra bıçağınızı təmizləyin. Bu şəkildə dilimlər səliqəli alınacaq.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
