Təzə makaron hazırlamaq mətbəxdə yaradıcı vaxt keçirmək və eyni zamanda, dadlı şam yeməyi yemək üçün gözəl bir üsuldur. Evdə makaron hazırlamaq üçün çox fərqli avadanlıqlara ehtiyacınız yoxdur. Mətbəxdə hazırlanmış makaronu necə dizayn etmək olar? Mümkün olan müxtəlif formalara baxdığınız zaman xüsusi alətlərin lazım olduğunu düşünə bilərsiniz. Ancaq yaxşı bir xəmir resepti və rəfinizdə olan bir neçə əşya ilə eviniz üçün çoxlu fərqli formalarda makaronlar hazırlaya bilərsiniz.

Əl formalı makaron, linguini kimi ənənəvi makaron üçün uzun vərəqləri yaymaqdan daha asandır. Kiçik içəriyə doğru batıq formalı makaronlar yalnız barmaqlarınız və masa bıçağı ilə hazırlana bilər. Daha çox alətə ehtiyac yoxdur.
Sınanılacaq formalar və istifadə olunacaq alətlər

Başlamaq üçün ən asan formalardan biri cavatelli adlanır ki, bu da sousu saxlamaq üçün mükəmməl olan çuxura görə "kiçik boşluqlar" deməkdir. Bir boşluq yaratmaq üçün kiçik bir xəmir parçası barmaqlarla və ya masa bıçağının ucu ilə səthə sürtülür və yuvarlanır. Çəngəl böyük çıxıntılar yaradır. Xəmiri çəngəlin arxasına qoyun və barmağınızla aşağı çəkin. Sürtgəcdəki və ya süzgəcdəki deşiklərin köməkliyi ilə də əyləncəli teksturalar yarada bilərsiniz.

Uzun, çox incə bir ip forması yaratmaq üçün əlləriniz arasında bir xəmir parçasını yuvarlayın. Siciliya ixtisası olan busiate yaratdınız.
Bu formalardan hər hansı birini sadə qırmızı sous və ya klassik reyhan pesto ilə bişirə bilərsiniz. İstənilən halda, makaron yeməyiniz yeni formalarla çox cəlbedici görünəcək.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
