Bu gün:

Mənfi emosiya və düşüncələr bədənimizə necə təsir edir?


Düşüncə tərzinizin sağlamlığınıza və bədəninizə necə təsir etdiyini heç düşünmüsünüzmü? Çox vaxt düşüncələrimizin bədənimizə və sağlamlığımıza təsirini dərk etmirik. Bəzən stres, gərginlik, təşviş, depressiya və narahatlıq kimi mənfi duyğulara qapılırıq. Onların bizə emosional və fiziki təsir göstərə biləcəyini və həyat keyfiyyətimizi aşağı sala biləcəyini düşünmürük.

Mənfi emosiyalar və düşüncələr bir çox pozğunluqlara yol açır.

Bədənimizə hansı təsirləri var? İçində olduğumuz emosional vəziyyət fiziki narahatlığa səbəb ola bilər. Bu, mənfi emosiyaların və düşüncələrin nəzarət altına alındığı çətin anlarda daha tez-tez baş verir. Məsələn, davamlı boyun ağrısı fərqli perspektivləri görə bilməməyimizi göstərə bilər. Omba nahiyəsində əsassız ağrılar bizim qorxduğumuzu və mühüm qərarlar qəbul edə bilməməyimizi göstərə bilər. Üst kürək nahiyəsində ağrılar ürək döyüntüsündən, ortada ağrılar keçmişi buraxa bilməməkdən, bel nahiyəsində olan ağrılar isə maddi çətinliklərlə əlaqədardır. Dizlərdə ağrı qorxu, təkəbbür və eqomuza nəzarəti itirmə əlamətidir.

Kədərlənmək enerji səviyyələrimizə və motivasiyamıza təsir edəb ilər. Kədər tükənməyə, həddindən artıq yorğunluğa və enerjinin azalmasına səbəb olur. Mənfi emosiyaların və düşüncələrin sağlamlığa mənfi təsiri göz qabağındadır. Beləliklə, müsbət emosiyalar və düşüncələr də müsbət təsir göstərirmi? Alimlər “bəli” deyirlər. Beyin də ağılın gücü ilə bədəndəki fiziki ağrıları aradan qaldıra bilir. ABŞ-nin Duke Universitetində aparılan araşdırmalar göstərir ki, dini inancları olan insanların xəstəliklərdən əziyyət çəkmə ehtimalı daha azdır. Xəstələr üzərində aparılan başqa bir araşdırma göstərir ki, dünya görüşü müsbət və optimist olan QİÇS xəstələrinin immun hüceyrələri digərlərindən daha güclüdür.

Mənbə: Tamamlayicisaglik

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et