İndi hər kəs plastikin təbiətdə məhv edilməsi çox çətin olan bir maddə olduğunu öyrənib. Plastikləri götürüb tullantı qutusuna atanda özümüzü rahat hiss edirik. Bəs plastikləri, həqiqətən, təkrar emal etmək olarmı?
Tarixin ən böyük yalanı
60-cı illərdə böyük reaksiya ilə qarşılaşan plastik istehsalçıları yeni bir həll yolu axtardılar. Bu dövrdə Plastics Industry Association siyasi əlaqələrindən istifadə edərək Amerikada istehsal olunan hər bir plastik üzərində ortasında rəqəm olan təkrar emal simvolu embleminin çapını məcburi etdi. 23 yaşlı kollec tələbəsi Gary Anderson tərəfindən hazırlanmış təkrar emal simvolu tamamilə ictimai müəllif hüquqları ilə qorunurdu. Bu vəziyyətdən istifadə edən plastik istehsalçıları simvolu mənası xaricində istifadə etməkdən çəkinmədilər. Aldıqları plastikin üzərində təkrar emal simvolunu görən insanlar rahatlıqla plastiki təkrar emal qutularına atmağa başlayıblar. Bu simvolun yaratdığı “plastikləri təkrar emal etmək olar” fikri dünyanın ən böyük yalan kampaniyalarından biri sayəsində geniş yayılıb.
Plastikləri, həqiqətən, təkrar emal etmək olarmı?
Plastiklərdə istifadə olunan nömrə və təkrar emal simvolu, əslində, “Qətranın İdentifikasiya Kodu” adlı bir identifikasiya vasitəsidir. Məsələn, 1 rəqəmini ehtiva edən simvol Polietilen Tereftalat, yəni şüşələrdən bildiyimiz PET-I təmsil edir. 1-dən 7-ə qədər sadalanan bu simvolların hamısı təkrar emal üçün deyil, plastik növünü göstərmək üçün istifadə olunur. Amma plastik yenidən emal edilə bilən material deyil.
Texnologiyanın bu gün çatdığı səviyyəyə baxmayaraq plastiklərin yalnız 8,9%-i hələ də təkrar emal olunur. Bu təkrar emal proseslərinin əksəriyyəti 1 və 2 nömrəli PET və HDPE tipli plastiklərlə həyata keçirilir. Onlar ən çox bir və ya iki dəfə təkrar emala və təkrar istifadə edilə bilər. Beləliklə, bir sözlə, plastik heç vaxt təkrar emal edilə bilən material olmayıb. Yenə də bu birliyin dərc etdiyi hesabatlara görə, təkrar emal üçün toplanan plastiklərin heç bir faydası yoxdur. Plastikləri təkrar emal etməyə çalışmaq yalan danışmaqdan qat-qat çətin və baha başa gəlir. Larry Thomas Plastics Industry Association-nin prezidenti plastik təkrar emalı haqqında dedi,-“Əgər ictimaiyyət təkrar emalın faydalı olduğunu düşünürsə, o zaman ətraf mühit haqqında çox düşünməyəcəklər.”
Xüsusi qutulara yığılan plastiklərin təkrar emal dərəcəsi tullantı plastiklərdən daha yüksəkdir. Bundan əlavə, bu plastiklər dənizə və ya torpağa düşmək əvəzinə şəxsi torpaqlarda saxlanılır.
Mənbə: plumemag.com
Tərcümə etdi: Rəhimə Cəmilova
