
Yaşlandıqca yaddaşda və ya digər zehni funksiyalarda yavaşlama ola bilər. Ancaq heç vaxt beyninizi pis qiymətləndirməyin. Çünki beyin bəzi üsul və fəaliyyətlərlə yenidən güclənə bilər. Liv Hospital Nevrologiya Mütəxəssisi Prof. Dr. Hülya Aydın beyni gücləndirə bilən üsullardan danışıb.
Beyni gücləndirən nədir?
• Stressi cəmləyin və idarə edin: Bir çox ətraf mühit faktorları diqqətinizi yayındıra bilər. Nəyi isə xatırlamaq istədiyiniz zaman ilk növbədə diqqətinizi mövzuya yönəldin. Bu məlumatlara diqqət yetirməklə diqqətinizi toplamağa çalışın. Narahat və stresli vəziyyətlərdə xatırlamaqda çətinlik ola bilər. Nəfəs alma və ya əzələləri rahatlaşdıran məşqlər kimi istirahət üsullarını öyrənin.
• Yuxunuzu alın: Yuxu zamanı beyin yeni məlumatları birləşdirir. Tədqiqatlar göstərir ki, əvvəllər öyrənilən məlumatlar yaxşı bir yuxudan sonra daha yaxşı yadda qalır. Erkən oyan, gec yat. Ən azı 6 saat yatın, 8 saatı da keçməyin.
• Gecələr telefonunuza baxmaq əvəzinə kitab oxuyun: Kitab oxumaq beynin qlükoza istifadəsini artırır. Zehni inkişaf etdirən oyunlar oynayın. Tapmacalar, yapboz və sudoku həll edin.
• Ünsiyyət qurun: Yaxınlarınızla, hətta onlayn rejimdə də ünsiyyət qurun.
• Rəqs edin, musiqi dinləyin: Musiqi dinləmək üçün vaxt ayırın, rəqs etməkdən qorxmayın. Tamaşalara, konsertlərə baxın və seminarlarda iştirak edin.
• Məşq: Məşq sinir qovşaqlarının sayını artırır, beləliklə beyində daha çox təmas nöqtələri yaradır və yeni hüceyrələrin əmələ gəlməsinə töhfə verir. Həftədə 3 gün ən az 1 saat idman etmək, gəzmək, mümkünsə yoqa və ya pilates etmək mənəvi, fiziki və beyin funksiyaları baxımından müsbət təsirlər göstərəcək.
• Qidalanma vacibdir: Son zamanlarda ikinci beyin adlandırılan bağırsaqlarımızda orqanizmin funksiyaları üçün vacib olan mikroorqanizmlər var. Bunları balansda saxlamaq beyin sağlamlığı üçün çox vacibdir. İşlənmiş qidalardan, həddindən artıq yağlı və şəkərli qidalardan istifadə beyin sağlamlığı üçün mənfidir. İdeal olanı Aralıq dənizi pəhrizidir.
• Aktiv olun: Bağça və torpaqla məşğul olmaq zehni və bədən enerji istifadəsini artıra bilər. Mətbəxdə yemək bişirmək üçün könüllü olun və yeni dadlar yaratmağa çalışın. Xeyriyyəçilikdə aktiv olmaq kimi ictimai fəaliyyətlərlə məşğul olun.
• Televizora çox baxmayın: Gündə maksimum 1-2 saat televizora baxın. Gündə 7 saatdan çox televizora baxanlarda demans riskinin artdığını göstərən araşdırmalar var.
• Yeni hobbilərə baş vurun: Beyni inkişaf etdirmək üçün yeni şeylər edin və ya öyrənin. Sənət sahəsi üzrə kursa yazıla və ya yeni bir dil öyrənməklə beyninizin çevikliyini artıra bilərsiniz.
Mənbə: Liv Hospital
Tərcümə etdi: Aydan Qasımova
