Bu gün:

Adolf Hitlerin sonu


Adolf Hitler 1934-1945- ci illərdə Almaniyaya rəhbərlik edən, eyni zamanda, II Dünya müharibəsini başladan şəxs olmuşdur.

Hitlerin ölümü ilə bağlı müxtəlif fərziyyələr müvcuddur.

Bunlardan ilki, Hitlerin özünü güllələdiyinə aid fikirdir. Əldə edilən məlumatlara görə, 1945- ci il 30 apreldə Sovet qoşunları Berlinə daxil olanda, Hitler sianid kapsulunu udaraq, başına atəş açaraq intihar edir. Ancaq Hitlerin çənə sümüyündə heç bir barut izi təsbit edilmədi, bu da Hitlerin güllə yarası ilə ölmədiyini göstərirdi.

Bunların ardınca ikinci bir fərziyyə yayılır. Bu fərziyyə Hitlerin sui-qəsd nəticəsində öldürülməsi ilə bağlıdır ki, bununla bağlı hələ də əsaslı məlumatlar yoxdur.

Sonrakı məlumatlara görə, sovetlər onun yanmış qalıqlarını tapdılar və bu cəsədin Hitlerə məxsus olduğu dəqiqləşdirildikdən sonra Adolf Hitler 1970- ci ildə gizli şəkildə basdırıldı. 

Mənbə: History

Tərcümə etdi: Aytac Musayeva

Paylaş
Şərh əlavə et