
Azərbaycan dilində petrol neft mənasını verir, neft sektorunda işləyənlərə neftçi deyilir. 1847 -ci ildə dünyada ilk dəfə neft quyusu Bakıda açılaraq ilk neft istehsal edildi. 1900 cu illərin əvvəlində dünya neft istehsalının yarısını qarşılayan,Bakı neft sənayesi dünyada birinci sırada idi. Azərbaycan 1950 ci ildə dünyada birinci dəfə açıq dənizdən neft çixarmağa başladı. Hələ dünyada tək olan və dəniz üstü şəhər olaraq bilinən "Neft Daşları" quruldu.1994 cü ildə Azərbaycanın prezidenti Heydər Əliyev "Azəri-Çiraq-Günəşli" hövzəsindəki neftin dünya bazarına çixarılmasına səbəb olan,sazişi imzalaması ilə Azərbaycan nefti Avropa bazarına çixarıldı. Sazişin imzalandığı gün 20 sentyabr hər il Neftçilər günü kimi qeyd edilir.
Mənbə:npistanbul
Tərcümə etdi:Nailə Hadizadə
