
24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı İT mütəxəssisi Fərhad Mirəliyevdir. O, iPhone 15 ilə əvvəlki iPhone arasındakı fərqlər haqqında danışıb.
-Hər yeni tanıdılan iPhone ilə bir öncəki iPhone arasında müxtəlif fərqlər olur. Bəs bu fərqlər nədən ibarətdir, məsələn, iPhone 15 iPhone 14-dən nə ilə fərqlənir?
-DIzayn baxımından danışsaq, bütün modellər eyni dizayn üslubuna gətirilib. Yuxarıda, ekranda, kameranın ətrafında funksional bir adacıq var və üzərinə klik etməklə müxtəlif əməliyyatlar icra etmək və ya məlumat əldə etmək olur ki, buna da "Dynamic island" deyilir. Bu özəllik əvvəl premium modellərdə təklif olunurdusa, indi bütün modellər sırasına aid oldu. Həmçinin ekran nisbətən daha parlaqdır və icazəsi simvolik olaraq cüzi artırıldı. Premium modellərdə yeni 48MP kamera təklif olunur. Bununla yanaşı, 5X optik zoom, 35W şarj, Qİ2 standartı ilə təmassız şarj dəstəklənir. Əsas özəllik isə type C USB portunun ənənəvi portu əvəzləməsidir. Bundan başqa, titan materialdan korpus təklif olunur. Hər hansı zinət əşyasını seçəndə gümüşdənsə, qızıla üstünlük verilir. Titanı da bu cür düşünə bilərsiniz.
Aydan Qasımova
