Qaranlıq, aysız bir gecədə işıqlandırma gündüzdən minlərlə dəfə aşağı ola bilər. Ama gecələr əksər canlılar üçün günün aktiv fazası gecədən başlayır. Bəs həşəratlar tam qaranlıqda hərəkət etməyi necə bacarırlar?
Nümunə olaraq, gecə həşəratlarını götürək. Onların görmə orqanlarının ölçüsü çox vaxt kibrit başından böyük deyil, lakin onlar zəif işıqda ərazini mükəmməl şəkildə idarə edir, maneələrdən məharətlə qaçır və ətrafdakı hətta zəif hərəkətləri də aşkar edirlər.
Təsəvvür edin ki, gecə ayın və ulduzların işığının nüfuz etmədiyi bir meşədəsiniz. Sizə elə gələcək ki, ətrafda heç bir işıq mənbəyi yoxdur. Ancaq bu, yalnız qeyri-kamil vizual aparatımız üçün doğru olacaq. Əslində, ətrafdakı boşluq tək fotonlarla doludur. İnsan gözü üçün isə onların sayı ətraf aləminin ən azından sönük şəkilini belə almaq üçün kifayət deyil.
Bununla belə, gecə yaşayan həşəratların və heyvanların görmə orqanları çox daha həssasdır. Məsələn, gecə yaşayan tropik arı Megalopta genalis-in görmə qabiliyyəti yalnız bir neçə fotonu udur, lakin bu, işıq səviyyəsi son dərəcə aşağı səviyyədə olsa belə, dolaşıq və sıx tropik meşədə hərəkət etmək üçün kifayətdir. Brazznik ailəsindən Deilephia elpenor növünün Avropa gecə kəpənəyi də oxşar davranış nümayiş etdirir. Bu, həşərat tərəfindən müəyyən hiylələr olmadan mümkün olmazdı.
Alimlər şahin güvəsinin nümunəsindən istifadə edərək böcəklərin beyninin görmə mərkəzlərinin işini tədqiq etdikdən sonra müəyyən ediblər ki, neyronların xüsusi işi sayəsində kəpənək tək fotonları müxtəlif yerlərdə çəkdiyi tək bir şəkilə birləşdirə bilir. Getdikcə daha çox foton çəkildikcə, Deilephia elphenorun başındakı dünyanın mənzərəsi daha parlaq olur - bunu fotoşəkil çəkərkən kameranın uzun çəkim sürəti ilə müqayisə etmək olar.
Düzdür, yüksək görüntü aydınlığına nail olmaq mümkün olmayacaq, lakin böcək ətraf aləm haqqında təsəvvür yarada və hətta onu rəngli şəkildə görə bilər.
“Nöral toplama” adlanan bu qabiliyyət digər gecə həşəratları tərəfindən də paylaşılır. Əlbəttə ki, son görüntü idealdan uzaq olacaq. Məsələn, sürətlə hərəkət edən obyektlər çəkilməyəcək, lakin dünyanı vizuallaşdırmağın bu üsulu, hətta kiçik canlıların vizual mərkəzinin nə qədər mürəkkəb və ixtiraçı olduğunu göstərir.
Mənbə: mydiscoveries.ru
Tərcümə etdi: Ləman Əliyeva
