Bu gün:

Ən ağıllı ikinci canlı


Aparılan araşdırmalara görə yunuslar ortalama 3 yaşlı bir uşağın zəkasına sahibdirlər.

İngilis Sunday Times qəzetində çıxan xəbərə görə, delfinlərin davranışları ilə bağlı müxtəlif araşdırmalar nəticəsində delfinlərin insanlardan sonra ikinci ən ağıllı canlı olduğu ortaya çıxıb. Beləliklə, delfinlər zəka baxımından meymunları döyərək heyvanlar aləminin ən ağıllı üzvü adını qazanıblar.

Ancaq bu vəziyyət delfinlərin zəkalarına görə onlara "insan olmayan fərdlər" kimi baxılması lazım olduğunu iddia edən elm adamları arasında "Belə ağıllı canlıların əyləncə parklarında saxlanılması və hətta öldürülməsi nə dərəcədə əxlaqi baxımdan məqbuldur?" müzakirəyə başladı.

Güzgüdə özünü tanıyır

Üç yaşındakı bir uşağın zəka səviyyəsinə sahib olduğu düşünülən delfinlər, fərqli şəxsiyyətləri, güclü özünüdərkləri və gələcək haqqında düşünmə qabiliyyəti ilə tədqiqatçıları təəccübləndirməyə davam edir. Nyu-York Şəhər Universitetinin psixologiya mütəxəssisi Diana Reiss tərəfindən aparılan araşdırmaların birində şüşə burunlu delfinlərin güzgüdə özlərini tanıya bildikləri və hətta bu heyvanların güzgüdən istifadə edərək gözlərinin müxtəlif hissələrini araşdırdıqları müəyyən edilmişdir. 

Başqa bir araşdırma, əsirlikdə yaşayan heyvanların əsas işarə əsaslı danışıq dilini öyrənə, çətin problemləri həll edə və təbiətdə yüksək emosional intellekt tələb edən mürəkkəb sosial strukturlar yarada bildiyini ortaya qoydu.

Bu yaxınlarda Avstraliyada delfinlər bağçasında üç həftə yaşayaraq "quyruğunda yeriməyi" öyrənən delfin təbiətə buraxılarkən digər dostlarına bu hiylələri öyrətdikdə tədqiqatçılar heyrətə gəldilər.

Mənbə: Milliyet

Tərcümə etdi: Namiq Atamalıyev

Paylaş
Şərh əlavə et