Bu gün:

Sindromsuz bir həftə üçün 5 sadə yol


Həftənin ilk gününə yuxulu və yorğun gözlərlə başlamaq bir çox insanlar üçün çətin ola bilər. Əgər hər bazar ertəsi səhər bu əhval dəyişikliyi ilə qarşılaşırsınızsa, siz "Bazar ertəsi sindromu"nun qurbanısınız. 

Bəs bazar ertəsi sindromunu necə aradan qaldırmaq olar? Bazar ertəsi sindromu sizə də təsir edirmi? Bu vəziyyətin mənfi təsirlərini azaltmağın vaxtı gəlib. Bazar ertəsi sindromunu aradan qaldırmağa kömək edəcək 5 kiçik məsləhət:

1- Rutinlərinizdə dəyişikliklər edin

Əvvəla, “mən bacarmayacağam”, “xoşbəxt olmayacağam” kimi düşüncələrə qapılmayın. Rutinlərinizdən hansını dəyişdirsəniz, daha xoşbəxt olacağınız barədə düşünün. Bunun üçün hər hansı həll təklifiniz varsa, bu təklifləri həyata keçirməkdən çəkinməyin. Rutinlərinizdə dəyişiklik etməkdən qorxmayın.

2- Gələcək planlarınızı düşünün

İş şəraitiniz, işgüzar münasibətləriniz və sosial mühitiniz hədəflərinizi müəyyənləşdirməyə kömək edə bilər. Ona görə də ətrafınızdakılardan dəstək ala bilərsiniz. Bununla belə, həyatınızda dəyişikliklər üçün hər şeyi şansa buraxmamalısınız. Bunun üçün sizə gələcək planı yaratmağı və nə etməli olduğunuzu izləməyi tövsiyə edirik.

3- İstirahət günlərini özünüz üçün ayırın

İstirahət günlərində əhvalınızı yüksəltmək bazar ertəsi səhərinizə daha pozitiv başlamanıza və işinizdə məhsuldarlığınızı artırmağa kömək edəcək. Şənbə gününüz çox məşğul idisə, bazar günü daha sakit olmağı seçə bilərsiniz. Kitab oxumaq, seriallara baxmaq və özünüzə vaxt ayırmaq rahatlaşdırıcı bir fəaliyyət ola bilər. Bu cür rutinlər gündəlik səmərəliliyinizi artırmaq üçün çox yaxşı seçim ola bilər.

4- Qəfil qərarlar verməyin

Həftəyə tez başlamaq, həftə sonu gəlməmiş enerjinizi itirməyinizə səbəb ola bilər. Odur ki, qəfil qərarlar yerinə daha çox planlı qərarlara diqqət yetirməyi tövsiyə edirik. Motivasiyanızı itirməmək və enerjinizi qorumaq işdə daha məhsuldar olmanızı təmin edəcək.

5- Günə yaxşı səhər yeməyi ilə başlayın

Günə xoşbəxt başlamaq işinizdən həzz almanızı asanlaşdıra bilər. Tez-tez gülümsəmək və ətrafdakılara xoşbəxtlik yaymaq təkcə özünüz üçün deyil, ətrafınızdakılar üçün də enerji mənbəyidir. Bazar ertəsi səhərlərinə kabus kimi baxmaq əvəzinə, yeni bir fürsətin qapısını açmaq üçün oyanmaq, bəlkə də, daha yaxşı seçimlərdəndir. Buna görə də yaxşı səhər yeməyi ən böyük dəstəkçiniz ola bilər.

Mənbə: Milliyet

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et