Bu gün:

İtləri gəzdirərkən ağızlarına bağlayıcı keçirilməməsi qanunda necə tənzimlənir?


İtlər dünyada ən çox əhliləşdirilən heyvanlardan bəziləri olsa da, itlərin böyük bir hissəsi vəhşi təbiətdə sahibsiz və ya sahibsiz kimi yaşayır. Bəzi cinslər vardır ki, onları küçədə gəzdirərkən ağızlarına bağlayıcı taxılmalıdır. 


24media.az-ın “1 sual və 1 cavab” rubrikasının müsahibi hüquqşünas Şamil Paşayevdir. O, itləri gəzdirərkən ağızlarına bağlayıcı keçirilməsi haqda danışıb.


-İtləri gəzdirərkən ağızlarına bağlayıcı keçirilməməsi və zəncirlərinin açılması qanunla necə tənzimlənir?


-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirildiyi təqdirdə 200 manat miqdarında cərimə tətbiq edilir. Eyni hal təkrarlanarsa, 300 manata qədər, ev itləri ilə bağlı yaranan hər hansı hadisədən xəsarət alan şəxs olarsa, heyvan sahibini 1000 manata qədər cərimə gözləyir. İtlərinin buruntaqsız gəzdirilməsinə görə vətəndaşlar aidiyyəti üzrə polisə müraciət edə bilərlər.


Hüseyn İlyasov

Paylaş
Şərh əlavə et