Dəri sağlamlığı üçün çox faydalı olan naringi qabığı “vitamini qabığındadır” deyiminin mükəmməl qarşılığı hesab olunur. Heç bir məhsul boşa getməsin deyənlərdənsinizsə, oxumağınızı tövsiyə edirik. C vitamini ilə çox zəngin olan naringi qabığını soyub içindəki meyvələrini yediniz. Bu an qabıqları atmaq əvəzinə müxtəlif məqsədlər üçün istifadə edə bilərsiniz.
Baş ağrılarını aradan qaldırır
Naringinin bənzərsiz qoxusunu bilməyən yoxdur. Naringi qabığında olan efir yağları baş ağrılarını aradan qaldırmaqda çox təsirlidir. Şiddətli baş ağrınız varsa, mandarin qabığını soyub qabığı qoxulaya bilərsiniz.
Evdəki pis qoxuları aradan qaldırır
Əgər balaca olanda evinizdə soba olubsa, bilirsiniz ki, ocağın üstünə naringi və portağal qabıqları qoymaq evin iyini dəyişir. Burada bütün evi əhatə edən balıq kimi pis qoxuları aradan qaldırmaq üçün naringi qabığından istifadə edə bilərsiniz. Bunun üçün qabıqları bir qazana qoyub su əlavə edib qaynatmaq kifayətdir. İstəsəniz 1 çubuq darçın və ya 1 çay qaşığı toz darçın da əlavə edə bilərsiniz.
Onu toz halına sala bilərsiniz
Naringi qabıqları tərkibindəki antioksidantlarla immuniteti gücləndirir. Ona görə də onları atmaq əvəzinə Günəşdə və ya sobada quruda bilərsiniz. Qurudulmuş qabıqları blenderdən keçirərək toz halına salın. Sonra şüşə qaba tökün və hava keçirməməsi üçün qapağı bağlayın. Bu şəkildə yeməklərə, içkilərə və ya desertlərə naringi qabıqlarını əlavə edə bilərsiniz.
Çay hazırlayarkən istifadə olunur

Əgər yığdığınız naringi qabıqları hələ qurumayıbsa, 1 stəkan su qaynadıb stəkana qoyun. 2 ədəd naringi qabığını xırda doğrayıb suya atın. 10 dəqiqə dəmləndikdən sonra suyu süzüb içə bilərsiniz. Şirin olması üçün 1 çay qaşığı bal əlavə edə bilərsiniz.
Öskürəkdən qurtulun
2 naringi qabığını yaxşıca qurudun. Sonra xırda doğrayıb 1 stəkan qaynar suya atın. Şüşəni örtdükdən sonra 5-7 gün sərin yerdə saxlayın. Sarıya çevrilən sudan qabıqları çıxarın. Suyu bir şüşə qaba tökün və gündə 3 dəfə acqarına için. Öskürəyin dayandığını görəcəksiniz.
Burun tıxanıxlığını aradan qaldırır
Bir şüşə qaba çoxlu qaynar su tökün. Sonra ən azı 2 naringi qabığını qaynar suya atın. Başınızın üstünə təmiz bir dəsmal qoyun və qabın üzərinə əyin. Burnunuza mümkün qədər yüksələn buxarı çəkin. Təxminən 10 dəqiqə 3 dəfə nəfəs aldıqdan sonra başınızı uzaqlaşdırın və yenidən yaxınlaşdırın.
Şamlar hazırlaya bilərsiniz
Naringi qabıqlarını üfüqi şəkildə soyun və içinə bir az zeytun yağı qoyun. Naringinin ortasındakı ağ hissədən də iplik kimi istifadə edə bilərsiniz.
Mürəbbə hazırlamaqda istifadə edə bilərsiniz
Bütün naringilərdən qabığını soymadan mürəbbə hazırlaya bilərsiniz.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
