Meyvə çəyirdəklərindən istifadə etməyi öyrəndikdən sonra onları bir daha atmayacaqsınız.
Albalı çəyirdəyi

Albalı çəyirdəkləri yığılıb qurudulan zaman temperaturu uzun müddət saxlamaq qabiliyyətinə malikdir. Qızdırılmış albalı çəyirdəkləri ilə "yastıq" hazırlayaraq üşüyən bədən nahiyələrinizi asanlıqla qızdıra bilərsiniz. Toxumların batmasının qarşısını almaq üçün onların arasına pambıq kimi materiallar əlavə edə bilərsiniz.
Nar çəyirdəyi
Nar dənələri tərkibindəki tanin və antionin kimi antioksidanlar sayəsində hüceyrə sağlamlığına müsbət təsir göstərir. Xərçəngə tutulma riskini azaldır. Dərinin yenilənməsində də son dərəcə müvəffəqiyyətlidir. Narı çəyirdəklərini çıxarmadan yeyə bilərsiniz, ya da çəyirdəklərini toz halına salıb dərinizi aşındırmaq üçün məlhəm hazırlaya bilərsiniz.
Heyva çəyirdəyi
Tərkibində yüksək miqdarda kalium, kalsium, A və C vitaminləri olan heyva çəyirdəyi dəri üçün çox faydalıdır. 1 heyvanın tumunu çıxarıb yarım çay stəkanı suya qoyun. Üzərini örtün və ən azı bir gün saxlayın. Bu qarışıq gel kimi konsistensiyaya çatdıqda, geli dərinizə çəkməyə başlayın. Ancaq həssas və allergik dərisi olan insanların tətbiq etməzdən əvvəl həkimə müraciət etmələri tövsiyə olunur.
Qarpız tumları
Sinklə zəngin qarpız tumları qan təzyiqini tənzimləməyə kömək edir. Buna görə də qarpızı tumları ilə bərabər nisbətdə yeyə bilərsiniz. Lakin boğulma təhlükəsi olduğu üçün azyaşlı uşaqlar və körpələr üçün qarpız tumlarından istifadə etmək təhlükəlidir.
Yemiş və ya qovun tumları
Fosfor, maqnezium və kaliumla zəngin olan qovun tumları sağlamlıq üçün faydalıdır. Yemişin tumlarını çıxarıb yuduqdan sonra blenderdən keçirin. Sonra süzün. Ağ mayenin əmələ gəldiyini görəcəksiniz. Bu mayeni süd və ya su ilə qarışdırın. Şəkər və buz əlavə edərək içə bilərsiniz.
Üzüm çəyirdəkləri
Güclü antioksidant xüsusiyyətlərə malik olan üzüm çəyirdəkləri orqanizmi təmizləyir və ürək-damar xəstəlikləri riskini azaldır. Dərinin təmiz və parlaq görünməsinə kömək edir. Üzüm çəyirdəklərini üzümlə birlikdə yeyə bilərsiniz. Amma diqqətli olun ki, həddi aşmayın.
Ərik çəyirdəyi

D vitamini və K vitamini ilə zəngin olan ərik toxumu dəri üçün çox faydalıdır. Lakin bu toxumun faydalı və ya zərərli olması ilə bağlı dəqiq məlumat olmadığı üçün onu yemək tövsiyə edilmir. Bunun əvəzinə ərik tumlarını qırıb içini sürtgəcdən keçirin. Sonra zeytun yağı ilə birləşdirin və selülitli bölgələrə çəkin. Bu müalicəni həftədə bir dəfə tətbiq edə bilərsiniz.
Avokadonun toxumu

Avokadoda olan böyük toxum oynaq və əzələ ağrılarını aradan qaldırmağa kömək edir. Özündəki qəhvəyi təbəqəni soyun. Sonra içindəki hissəni sürtgəcdən keçirin. Rəndələnmiş toxumları ya çay kimi istifadə edə bilərsiniz, ya da ədviyyat kimi yeməklərə əlavə edə bilərsiniz.
Papaya çəyirdəyi
Ölkəmizdə o qədər də tanınmayan papayanın çəyirdəkləri A vitamini ilə çox zəngindir və antibakterial xüsusiyyətlərə malikdir. Bu yolla orqanizmə daxil olan mikroblardan qoruna bilərsiniz. Papaya çəyirdəklərini çıxardıqdan və yuduqdan sonra gündə bir neçə dəfə qəbul edə bilərsiniz.
Vacib qeyd: Əgər ciddi xəstəliyiniz və ya allergiyanız varsa, meyvə çəyirdəklərini istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
