Bu gün:

Kartof qabıqlarını atmayın, işinizə yaraya bilər


Kartof mətbəxlərdə ən çox istifadə edilən qidalardan biridir. Qaynatma, qızartma və digər bişirmə üsulları ilə bişirilən bu qidanın qabıqları, adətən, atılır. İndi sizlərlə kartof qabığını zibil qutusuna atmaq əvəzinə, müxtəlif sahələrdə istifadə etməyin praktik üsullarını paylaşacağıq. Kartof qabıqlarından istifadə üsulları bunlardır: 

Saçınızdakı ağları örtə bilərsiniz

Kartof qabığına xlorsuz su əlavə edin və 25 dəqiqə qaynadın. Sonra bu suyu süzün və boş şüşəyə tökün. Hər duşdan sonra saçınıza kartof suyu sürtün. Tətbiqdən sonra saçınızı yaxalamayın. 

Yanıqların tez sağalmasını təmin edə bilərsiniz

Yanmış yerə kartof qabığı qoymaqla yanığı müalicə edə bilərsiniz. 

Siz kartof yetişdirə bilərsiniz


Torpağa kartof qabıqlarını əkməklə yeni kartofların cücərməsinə nail ola bilərsiniz. Xüsusilə, cücərmiş qabıqlar qısa müddətdə cücərməyə başlayacaq. 

Mətbəxinizi təmizləyin

Kartof qabıqlarını təmizləmə sahəsində də istifadə etmək olar. Məsələn, kran altlığının və ya keramik plitədəki ləkələri kartofun yaş tərəfi ilə sürtmək olar. Ləkələri çıxardıqdan sonra su ilə yaxalayıb quruda bilərsiniz.

Dəri səthləri parladın 

Kartofun yaş tərəfini dəri səthlərindəki ləkəyə sürtün. Sonra bir parça ilə ovuşdurun. Bu üsulla dəri səthlərini asanlıqla cilalaya və təmizləyə bilərsiniz.

Çips hazırlamaq üçün istifadə edin

Kartof qabığına bir az zeytun yağı çəkin. Əvvəlcədən isidilmiş 200 dərəcə sobada 15-20 dəqiqə, arabir çevirərək bişirin. İstədiyiniz qədər duz və istiot əlavə edərək ədviyyatlı edə bilərsiniz.

Mənbə: Lezzet

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et