Bu gün:

Yemək masası seçərkən nələrə diqqət etməliyik?


Gözəl süfrələrin daha gözəl masası olmalıdır, elə deyilmi? Yemək masası seçərkən diqqət etməli olduğumuz bəzi detallar var.

Bizim üçün ən yaxşı yemək masası büdcəmizə uyğun gələn, möhkəm tikilmiş, qonaq otağına uyğun gələn və gələcək illər ərzində sevəcəyiniz üsluba malik olan masadır. Yaxşı bir mebel seçərkən bəzi əsas amilləri nəzərə almalıyıq. İlk növbədə, trendlərə qapılmamaq üçün diqqətli olmaq lazımdır.

Mebel mağazalarında masaları araşdırarkən, davamlılığı və quruluşunu, eləcə də münasib qiymətləri və zamansız üslubu araşdırmaq eyni dərəcədə vacibdir. Oturmağın necə bir hiss olduğunu, uzun müddət rahat olub-olmayacağını düşünmək lazımdır. 

Əvvəlcə ölçüləri araşdırın

Bir nömrəli qayda: Yemək masası yemək sahəsinə uyğun olmalıdır. Yemək masası siz fərq etmədən aldadıcı bir mebel növünə çevrilə bilər. Bunun səbəbi kənarlardakı stulların nəzərə alınmaması ola bilər. Öncə hər tərəfdən bir metr tənəffüs boşluğu buraxmaq, yerin olub-olmadığını nəzərə almaq lazımdır. Vizual olaraq, masanız böyük olmamalıdır. Ölçüsü uyğun olan çox tünd rəngli yemək dəsti digər mebellərə yaxın yerləşdirildiyi zaman, olduğundan daha böyük görünə bilər.

Formaya qərar verməzdən əvvəl ehtiyaclarınızı nəzərə alın

Kvadrat və düzbucaqlı masalar ən çox yayılmış masa növləridir. Yuvarlaq və ya oval bir masa sizə hərəkət etmək üçün bir az daha çox yer verə bilər. Oval masalar daha dar, düzbucaqlı məkanlar üçün daha yaxşı seçimdir. Eyni zamanda, dəyirmi və oval masalar izdihamlı masaları daha zövqlü edə və hər kəsin bir-birini daha yaxşı görməsinə şərait yarada bilər.

Masa ayaqlarına qərar verin

Masa ayaqları bir masada neçə nəfərin yerləşə biləcəyini təsir edə bilir. Əgər kifayət qədər yer varsa və insanların sayı azdırsa, bəzi masaların altındakı dayaqlar problem yaratmaya bilər. Buna görə də masa seçərkən ayaqlarınızın masa dayaqlarına dəyib-dəymədiyini bilmək vacibdir. Dəyirmi və oval masalarda masanın ayaqlarına daha diqqətli olmaq lazım olduğunu unutmayın. Bəzi böyük ölçülü dayaqlar isə təmizlik prosesi zamana maneə törədə bilər.

Otağınızın tərzinə uyğun bir masa seçin

Yemək masası üçün material seçmək çətin ola bilər. Düzgün olanı seçmək üçün qiymət, qulluq asanlığı və şəxsi üslubu tarazlamaq lazımdır. Bunların heç birinə uyğun gəlməyən bir masa, daha sonra peşman olacağınız bir satınalma qərarı anlamına da gələ bilər. Hər biri üçün nəzərə alınacaq ən ümumi materiallar bunlardır:

Ağac: Bərk ağac klassik materialdır, davamlıdır və təmiri asandır. Şam, akasiya, manqo və tik ağacları məşhur, ucuz variantdır. Taxta istilik və rütubət səbəbindən genişlənə və aşınmalar göstərə bilər. Lakin onu təmir etmək hələ də kifayət qədər asandır.

Ağac görünüşü: Taxta örtük, ümumiyyətlə, bərk ağaca daha sərfəli alternativdir. Burada çox nazik bir bərk ağac təbəqəsi və ya ağac kimi görünmək üçün çap edilmiş material kontrplak yapışdırılır. 

Daş görünüşü: Daş masa üstü mərmər, kvars kompozit və ya tökmə daş sement kimi materiallardan hazırlanır. Daş davamlıdır, lakin məsamələri sayəsində ləkələri asanlıqla udur. Bəzən, necə hazırlandığından asılı olaraq, qırılma və çatlamaya meylli ola bilərlər. Təbii ki, onun çəkisini də nəzərə almaqda fayda var.

Şüşə: Şüşə masa üstü şəffaf, buzlu və ya rəngli versiyalarda mövcuddur. Şüşə masalar daha çox yer və açıqlıq hissi yaratmaq baxımından daha sərfəlidir. Nisbətən ucuzdur. Rütubətə həssas olmayan bu materialın dezavantajı onun asanlıqla qırılması, cızılması və çatlamasıdır. Bunun xaricində çox diqqətlisinizsə, üzərindəki barmaq izləri sizi narahat edə bilər.

Metal: Paslanmayan polad, pirinç, sink və onların laklı və ya boyalı variantları daxil olmaqla metal masa geniş istifadə olunan materialdır. Lakin digər materiallarla müqayisədə parlaq olduğu üçün barmaq izini asanlıqla göstərir. Buna görə də xüsusi təmizləyici materiallardan istifadə etmək lazım gələ bilər. Boyalı metalın təmiri bir az çətindir. Metal masalar taxta masalardan daha ucuz ola bilər.

Plastik və laminat: Plastik və laminat masalar uzun müddət dayanır. Lakin onların ən keyfiyyətli materiallar olduğunu söyləmək doğru deyil. Plastik və laminat masalar üstünlük təşkil edir. Çünki onlar ləkələnmir və saxlanılması asandır. Ən əsası isə bir çox masalardan daha ucuzdur.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş