
Fiziki və kimyəvi soyma arasındakı fərqləri öyrənməklə dəriyə doğru və effektiv qulluq etmək olar.
Dərinizin xarici təbəqəsindəki ölü dəridən xilas olmaq hamar və yumşaq dəriyə sahib olmaq üçün vacib bir addımdır. Düzgün yerinə yetirilən pilinq tətbiqindən sonra dəri qulluq vasitələrinin nüfuz etməsi üçün daha uyğun olur. Belə faydalı bir tətbiqi düzgün həyata keçirmək üçün bəzi məqamları bilmək lazımdır. Əvvəla, bilmək lazımdır ki, hər pilinq eyni deyil.
Fiziki pilinq nədir?
Burada soyma kiçik hissəciklər, fırça və ya buna bənzər kobud əşyaların köməyi ilə dəri üzərindəki ölü dəri qatının soyulması prosesidir. Təmizləyici vasitələrdə əllərinizə və üzünüzə toxunduqda hiss etdiyiniz sərt zərbələr əslində fiziki soyma funksiyasını yerinə yetirir. Lakin hər məhsul dəridə bu şəkildə istifadə üçün uyğun deyil. Çox sərt və ya böyük hissəcikləri olan məhsullar dərini təravətləndirmək əvəzinə cıza və zədələyə bilər. Evdə hazırlaya biləcəyiniz pilinq reseptləri arasında , ümumiyyətlə şəkər tərkibli pilinq fiziki pilinq sayılır.
Kimyəvi pilinq nədir?
Kimyəvi pilinqdə hüceyrə yenilənməsinə kömək edən kimyəvi maddələrdən istifadə olunur. O dərinin ölü təbəqəsini aşındırmaqla işləyir. Kimyəvi pilinq yalnız hamar deyil, həm də parlaq bir görüntü təmin edir. Məşhur inancın əksinə olaraq, kimyəvi pilinq fiziki pilinqlərdən daha yumşaq bir tətbiq təklif edir.
Hansı kimyəvi pilinqdən istifadə edilməlidir?
Pilinq quru dəriyə tətbiq ediləcəksə, ən uyğun seçim AHA kimi də tanınan alfa hidroksil turşusu olacaq. Lakin AHA-lar suda həll olunan maddələr olduğundan dərinin dərin qatlarına nüfuz edə bilmirlər. Bu vəziyyətdə, yağda həll olunan beta hidroksil turşusunun, yəni BHA-ların istifadəsi xilasetmə işinə gələ bilər. İltihab əleyhinə funksiyalarına görə BHA-lar sızanaqla mübarizə aparan yağlı dərilər üçün çox faydalı ola bilər. Dərinizin ehtiyaclarına uyğun olaraq bu iki turşu birləşdirə bilərsiniz. Həssas dərilər tərkibində meyvə fermentləri olan papaya və bromelain pilinqlərindən istifadə edə bilər.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
