Bu gün:

Hansı dəriyə qulluq maddələrini birlikdə istifadə etməməliyik?


Ümumilikdə üz üçün gündəlik olaraq tək bir turşudan istifadə etmək tövsiyə edilsə də, bəzən müxtəlif baxım vasitələrindən istifadə edirik.

Dəriyə qulluq vasitələrində eyni anda bir çox turşu, kimyəvi pilinq növləri və digər bitki tərkibli maddələr var. Bəzilərinin birlikdə istifadəsi həqiqətən üzə olan təsiri artırır. Lakin bəzi dəriyə qulluq maddələrini birgə istifadə etmək mənfi nəticələr yarada bilər.

Qlikolik asit (AHA) & Salisilik asit (BHA)

Bir çox AHA və BHA növlərindən ən məşhuru və effektivi şübhəsiz ki, qlikolik və salisilik turşulardır. Qlikolik turşu qapalı komedonlarda, məsamələrdə və ləkələrdə daha təsirli olan tərkib hissəsinə sahibdir. Salisilik turşu isə sızanaqlara qarşı çox təsirli olan kimyəvi pilinqdir. Həm AHA, həm də BHA aşındırıcı xüsusiyyətlərə malikdir. Buna görə də bəzi insanlar onları eyni anda istifadə edir ki,təsirli olsun. Lakin bu ikilini eyni anda işlətmək dəriyə zərər verə bilər. Bundan əlavə, hər ikisindən sonra günəş kremindən istifadə etmək lazımdır. Əks halda dəriniz soyularaq həssaslaşa bilər. Dəri ilə bağlı məsələlərdə dermatoloqunuzla məsləhətləşməyinizi tövsiyə edirik.

Retinol və Vitamin C

Retinol və C vitamini hər ikisi faydalı maddələrdir. C vitaminin az miqdarda tətbiqi daha yumşaq, parlaq dəriyə sahib olmağa kömək edir. Retinol da eyni işi görür. Lakin retional C vitamini ilə birlikdə istifadə edildikdə dəridə qıcıqlanma və qızartıya səbəb ola bilər. Bu səbəblə dəri baryerinizlə bağlı problemlərin qarşısını almaq üçün gündüz ən az C vitamini, axşam rutininizdə isə retinol istifadə etmək faydalıdır. Əgər dəriniz sürətlə qıcıqlanır və qızarırsa, deməli dəri baryeriniz zəifləyib. Üzünüzlə bağlı hər hansı bir sualınız yaranarsa, mütləq dermatoloqunuza müraciət edin.

Azelaik turşu və C vitamini

Azelaik turşusu soyma təsiri ilə ölü dərinin təmizləyir. Həftədə bir və ya iki dəfə tətbiq etmək kifayət olan bu turşu bütün digər turşularda olduğu kimi günəş kremi ilə istifadə edilməlidir. Ləkələrinizi yüngülləşdirə bilən bu turşu eyni rejimdə C vitamini ilə birləşdirildikdə dəri həssaslığına səbəb ola bilər. Buna görə də onları dermatoloqunuzla məsləhətləşərək ayrı-ayrı rutinlərdə istifadə etmək  faydalıdır.

Retinol & Salisilik asit

Bu maddələr xüsusilə sızanaq müalicələrində  istifadə olunur. Əgər bu iki maddəni eyni rejimdə istifadə etsəniz, dəriniz həddindən artıq quruyar. Nəticədə dərinizi qıcıqlanacaq. Həssas dəriniz varsa, bu qıcıqlanma onu daha da həssas edəcək. Bu səbəbdən, onu ayrı bir rutində istifadə etməyə çalışın.bu maddələri dərinizdə istifadə etməzdən əvvəl dermatoloqunuzla məsləhətləşin.

C vitamini & Qlikolik asit

C vitamini və qlikolik asit rəng bərabərsizliyini və sızanaqdan sonra qalan ləkələri aradan qaldırmağa böyük təsir göstərir. Onları birlikdə istifadə etmək daha xoş səslənsə və daha sürətli həll kimi görünsə də, həm C vitamini, həm də qlikolik turşunun eyni rejimdə istifadə etmək olmaz. Çünki o soyulma səbəbindən qıcıqlanma problemləri yaradacaq. Bu səbəblə gün ərzində C vitamini istifadə edəcəksinizsə, qlikolik turşu olan məhsulunuzu axşam rutininizə daxil etməlisiniz. Bununla belə, bu maddələrin dərinizə təsiri barədə dermatoloqunuzla məsləhətləşməlisiniz.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş