Əgər sayıq olmasanız, hətta özünüzü bir ovuc odun qırıntısı və ya daha da pisini yeyərkən tapa bilərsiniz.
Saxta qəhvəni necə aşkar etmək olar?

Mütəxəssislərin fikrincə, qəhvənizdə qovrulmuş qarğıdalıdan tutmuş budaqlara və perqamentə qədər çox şey tapmaq olar. Hazır qəhvədən uzaq durmaqla qəhvəni daha təmiz tərkibdə içmək olar. Ən yaxşı üsul özünüzün qəhvəni üyüdüb hazırlamağıdır.
Tuna balığının saxta olduğunu necə müəyyən etmək olar?
Saxta tuna xəbərləri yeni deyil. Lakin yenə də müxtəlif növ balıqların ton balığı etiketi ilə satılması narahatlıq doğurur. ABŞ-da aparılan bir araşdırmada, toplanan ağ ton balığı nümunələrinin 84%-nin əslində eskolar adlı balıq olduğunu ortaya çıxdı. Bu balıq çox miqdarda yeyildikdə həzm problemlərinə səbəb olur. Dolandırılmamaq üçün edə biləcəyiniz ən yaxşı şey etibarlı restoran, aşpaz və ya balıq satıcısı tapmaqdır. Unutmayın, əgər qiymət həqiqət ola bilməyəcək qədər yaxşı görünürsə, balığın saxta olmaq ehtimalı çoxdur.
Parmesan pendiri nədir? Əsl parmesan pendirini necə tanımaq olar?

Parmesan pendirinin saxtalaşdırılması bir neçə aydır gündəmdən düşmür. Ancaq saxta pendirdən uzaq durmağın ən yaxşı yolu pendiri bütöv şəklildə alıb özünüzün rəndələməyidir. Aldığınız pendirin həqiqətən İtaliyanın Parma/Reggio bölgəsindən gəldiyinə əmin olmaq üçün etiketdə "Parmigiano-Reggiano" sözünü axtarın.
Vasabi nədir? Əsl vasabi necə görünür?
Bu odlu sousu suşi ilə yedikdən sonra burnunuz axar, gözləriniz yaşlana bilər. Amma ehtimal var ki, yediyiniz real vasabi deyil. Vasabi, "horseradish" köküdür. Təzə vasabi həm bahalı, həm də yüngül ətirlidir. Suşidə istifadə etdiyiniz vasabi, ehtimal ki, müxtəlif növ xardal "horseradish" və yaşıl boyanın qarışığıdır. Əsl vasabi yemək istəyirsinizsə, yüksək səviyyəli restoranlardan birinə gedin. Aşpazın gözünüzün qabağında vasabini rəndələməsinə baxın.
Kobe Mal əti nədir? Kobe al ətini necə tanıya bilərəm?
Əsl mal əti ABŞ-də 10-dan çox olmayan restoranda verilir. Bu əti yediyinizi düşünürsünüzsə, yəqin ki, yanılırsınız. Çünki yediyiniz ətin Yaponiyanın Hyoqo bölgəsindən olması ehtimalı çox azdır. Kobe mal əti Yaponiyanın yalnız bu hissəsində yetişdirilən tajima inəklərindən alınır. ABŞ-da ildə 77 nəfəri qidalandırmaq üçün yalnız kifayət qədər Mal əti idxal olunur. Əsl mal ətini yemək üçün qiymətləri yüksək olan və steykin haradan gəldiyini dəqiq bilən etibarlı restoranlar axtarın.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
