Bu gün:

Soyuq havanın yaratdığı ağrılar


Qışda bel və boyun ağrılarınız arta bilər. Soyuq havanın yaratdığı ağrılardan qorunmaq üçün bu tövsiyələrə qulaq asın.


Payızda günəşləvidalaşarkən küləklər, soyuq havalar yaranır. Soyuq hava ilə qrip və soyuqdəymə xəstəlikləri qapını döyməyə başlayır. Lakin soyuq hava təkcə yuxarı tənəffüs yollarına təsir etmir: O, həmçinin bel, boyun və kürəyi hədəf alaraq ağrıya səbəb olur. Hazırda stolüstü işlərdə işləmək, smartfon, planşet, noutbuk və kompüterlərdən istifadə etmək, uzun müddət kondisionerə məruz qalmaq, ağır çantalar daşımaq kimi səbəblərdən onurğa sütunumuz zədələnir. Nəticədə, xroniki, uzunmüddətli və təkrarlanan onurğa ağrıları hiss olunur. Onurğa sütununuzla bağlı probleminiz varsa, soyuq havalar sizə daha çox mənfi təsir edərək şikayətlərinizin artmasına səbəb ola bilər.


Disklərin taxılması, yırtıqlar və onurğada sürüşmə nəticəsində, sinirlərin sıxılması xroniki bel, boyun və bel ağrılarının əsas səbəblərindəndir. Bir çox insanların şikayətləri dərman və istirahətlə qısa müddətdə həll oluna bilər. Bir çox insanlar xroniki, uzunmüddətli, təkrarlanan onurğa problemləri yaşayırlar. Bu insanlarda hər şey qaydasında olduğu halda soyuq havada ağrı, sərtlik, hərəkətin məhdudlaşdırılması, qol və ayaqlara yayılan ağrı, uyuşma hücumları yaranır.


Ağrılara qarşı bunları edin


Artıq çəkidən qurtulun və hətta ideal çəkidə olmağa çalışın.

Hərəkətsiz qalmayın, çünki oturaq həyat tərzi onurğa sütununuzu zəiflədir.

Uzun müddət hərəkətsiz qalmayın.

Müntəzəm olaraq məşq edin. Boyun, kürək, bel və hətta əsas nahiyənizin, yəni qarın əzələlərinizin gücü artdıqca, onurğa sütununuza, xüsusən də zədələnmiş disk strukturlarınıza olan yük əhəmiyyətli dərəcədə azalacaq və ən vacib dərmanlarımızdan biri olacaq.

Kompüter qarşısında uzun müddət masa arxasında qalmaq, onurğa sütunumuzun ən narahat olduğu ən pis onurğa mövqelərindən biridir. Kompüterə əyilməkdən çəkinin.

İş mühitinizi nəzərdən keçirin və bel dəstəyi ilə erqonomik kresloda oturun.

Stol arxasında işləyərkən mütləq dik oturun."Əyilmiş" desək də, planşet, noutbuk və mobil telefonlardan istifadənin onurğa sütununuza nə qədər zərər verdiyini unutmayın.

Kondisionerin qarşısında soyuq havaya məruz qalmayın, avtomobilin pəncərəsindən daim külək almayın.

Onurğanızı hər zaman isti tutmağa diqqət edin, tərlədikdən sonra soyuq havaya çıxmayın.


Mənbə:acıbadem.com.tr


Tərcümə etdi:Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et