
İtalyan romantik rəssam Francesco Hayes 1791-ci ildə Venesiyada anadan olub. Beş uşağın ən kiçiyi Francesco anasının bacısı tərəfindən böyüdülüb. Giovanni Binasco yaxşı bir gəmi sahibi və sənət toplayıcısı ilə evlənib.
Uşaqlıqdan rəssamlığa həvəs göstərdiyindən əmisi onu sənət bərpaçısına yerləşdirib. Daha sonra üç il rəssam Francesco Maggottonun tələbəsi olub.
Daha sonra 1806-cı ildə Yeni Gözəl Sənətlər Akademiyasının rəsm kursuna qəbul olur. Burada Teodoro Matteyninin tələbəsi oldu. 1809-cu ildə Romadakı San Luca Akademiyasında bir illik Venesiya Akademiyası təqaüdü alır.

1814-cü ilə qədər Romada qalır, sonra Joachim Murat ona böyük bir sifariş verdikdən sonra Neapola köçür. 1830-cu illərin ortalarında Milanda “Salotto muffei” sərgisində iştirak edir. 1850-ci ildə hələ Milanda idi və burada Brera Akademiyasının direktoru vəzifəsini icra edir. Gündəlik həyatdan və portretdən kənara çıxan əsərləri, istər İncil, istərsə də klassik ədəbiyyat olsun, əsas mövzuları Neoklassik üslubda müşayiət etmək istəyini əks etdirir. Dövrünün teatr əsərlərindən səhnələr də yazılır.
Hayesin karyerasını qiymətləndirmək çox çətindir, çünki o, tez-tez əsərlərini imzalamamış və ya tarixləndirməmişdir. Əksər hallarda dəlillər onun işini satın alındığı dövrlə deyil, alındığı dövrlə əlaqələndirdiyini göstərir.
Mənbə: istanbulsanatevi
Tərcümə etdi: Aysu Əsədova
