Bu gün:

Dəbi keçməyən aksessuarlar hansılardır?


Bəzi aksessuarlar bütün dövrlərdə dəbdədir.  İllər keçsə də, bu aksessuarlar bəyənilir. Onlar sizi daha dəbli və zövqlü göstərəcək.

Qaşlı və zəncirli kəmər

Bu tip kəmərlər bütün gözləri üzərinizə çəkəcək. Parıltıları ilə şalvardan ətəyə qədər hər şeyə fərqli bir atmosfer qatacaq.

Çantanıza bağlamaq üçün şərf

Çantanıza bağladığınız yüngül parça və ya ipəkdən hazırlanmış şərf sizi qəşəng etməklə yanaşı, həm də yaradıcı göstərəcək.

Üst-üstə taxılan bilərziklər

Son zamanlar zərgərlik məmulatlarının çoxu qat-qat və müxtəlif rənglərdə taxılır. Siz həmçinin sadə kombinasiya yarada və bilərziklərinizi gözə çarpan parça kimi seçə bilərsiniz.

Günəş eynəyi

Hər fəsildə taxa biləcəyiniz gün eynəkləri havanızı dəyişərkən göz sağlamlığınızı qoruyacaq.

Süni dəri şərf


Son zamanlar şərflərdə ən çox üstünlük verilən parça olan süni dəri idman və dəbli kombinasiyaları çox gözəl müşayiət edir.

Broş

Gödəkçələr, sviterlər, paltolar və köynəklərinizdə şəkildəki kimi əyləncəli broşlardan istifadə edə bilərsiniz. Bu hətta sadə geyimi də fərqləndirməyə kömək edəcək.

Çantalı kəmər

Bel çantalarının kəmər formalarından sonra çantalar kəmərlərlə birləşməyə başladı. İş o yerə çatıb ki, bir çox mağazalarda çantalı kəmərlər satılmağa başlayıb.

Fransız şapka

Fransız papaqları təsirini heç vaxt itirməyən parçalardandır. Xüsusilə, payızdan qışa keçiddə istifadə üçün idealdır.

Daş detallı zəncir boyunbağı

Zəncirli boyunbağıları sevirsinizsə, rəngli daşla birləşməsini daha çox sevəcəksiniz. Şəkildəki kimi düz ağ köynək və ya ağ əsaslı köynəklərə çox gözəl bir atmosfer qatacağından əminik.


Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş