
24media.az-ın "1 sual və 1 cavab" rubrikasının növbəti qonağı Azərbaycan Respublikasının əməkdar artisti Lalə Məmmədovadır. O, məktəb illəri mahnısının sevilməsindən danışıb.
-Məktəb illəri mahnınız daim sevilir. Sizcə, bu mahnının bu qədər sevilib, tanınmasının səbəbləri nədir?
Yalnız "Məktəb illəri" mahnısının deyil, bütün məhşur olan mahnıların doğru zamanda yazılmasından və səslənməsindən çox şey asılıdır. Bəzən görürsən ki, insanlar bir çox problemlər və yaxud sosial problemlərdən doyurlar. Bu anda qulağa xoş gələn bir sevgi mahnısı ilə insanlar məlhəm tapır. Demək, o mahnı doğru zamanda çıxıb. Həm gözəl, həm də savadlı yazılıb. Həm də doğru zamanda insanlara bir məlhəm olub. Nəyə görə deyirlərki, həkimlər bizi cismən sağaldır, musiqi və melodiya isə mənəvi cəhətdən sağaldır. Bir musiqi ilə bizim kefimiz açılır. Bir musiqi ilə biz keçmişə dala bilirik. Bir musiqi ilə ölənlərimizi xatırlayırıq. Bir musiqi ilə tariximizi anırıq. Bunlar hamısı faktlar və reallıqdır. Məncə, məktəb illəri mahnısı həm gözəl, həm də səmimi sözlərdən yazılıb. Və musiqisi də doğru zamanda çıxıb. Çünki o dövrə qədər sovet ruhlu məktəb illəri mahnısı mövcud idi. Orta məktəbdə həmişə musiqi dərslərində keçirdik. Məhz həmin o mahnı sovet ruhlu deyil, daha səmimi yazılıb.
Pervanə Abbasova
