Payızın gəlişi ilə qarderobunuzda qış geyimlərinə yer ayırmağın vaxtıdır. Aylarla istifadə etməyəcəyiniz yay paltarları və aksesuarları saxlamaq üçün məsləhətlər:
1- Əşyalarınızı ayırın
Yay paltarlarınızı yerə qoyarkən gələn il hansını geyinəcəyinizi, hansını geyinməyəcəyinizi bilmək yaxşı olardı. Buna görə də bütün paltarlarınızı və ya aksesuarlarınızı nəzərdən keçirin və istifadə etməyəcəklərinizi atın.
2- Təmizlik
O yay heç geyinməmiş olsanız belə, bütün paltarlarınızı yuyub yerə qoymaq saxlama müddətini uzadacaq. Yuduqdan sonra paltarlarınızı ətək, köynək və şalvar olaraq qruplaşdırın. Beləliklə, gələn yay onu yenidən çıxarmaqda çətinlik çəkməyəcəksiniz.
Digər tərəfdən, aksessuarlarınızı təmizləmək, çıxarmaq və qruplaşdırmaq sizin axtardığınızı daha asan tapmaqda kömək olacaq.
3- Ehtiyatda saxlayın
Yay geyimlərinizi və aksesuarlarınızı saxlamaq üçün çanta, parça saxlama çantaları və qutular kimi bir çox məhsullardan istifadə edə bilərsiniz.
Düzgün saxlama həlləri sayəsində paltar və aksesuarlarınızı qışda baş verə biləcək deformasiyalardan qoruya bilərsiniz.
Mənbə: N-Life
Tərcümə etdi: Lamiyə Cənnətzadə