
Ən yaxşı selfie pozasını çəkmək çox səbr və səy tələb edir. İstər sosial mediada paylaşsanız, istərsə də arxivinizdə saxlasanız, selfie “Mən buradayam və hazırda bu əhval-ruhiyyədəyəm” deməyin vizual xülasəsidir. İstifadə etdiyiniz mobil cihazın düzgün kombinasiyası, düzgün işıq, uyğun bucaq, pozanıza fərqlilik qatacaq proqram və onu mükəmməl edəcək filtrlər uğurlu selfi üçün açarlardır. Bəziləri bunu sosiallıq və paylaşma nöqtəsini qaçırmaq kimi təsvir etsələr də, selfi çəkmək və paylaşmaq sosial həyatımızın vacib hissəsidir. Fotoqrafiyamızın keyfiyyətini əl gücümüzlə, cihazımız və təcrübəmizlə aydınlığı, istifadə etdiyimiz tətbiqlər və filtrlərlə cəlbediciliyi ilə yaxşılaşdırmaq olar.
Selfie üçün ən təsirli gözəllik məhsulu təbii işıqdır ki, bunun üçün pul ödəməli deyilsiniz. Gün batımı və günəşin doğuşu düzgün işığı tutmaq üçün ideal vaxtlardır. Selfie üçün poza verərkən işığa üz tutmağı unutmayın ki, üzünüz işıqlansın və xırda qüsurlar aradan qalxsın. Günəşin arxada olması kameranızın fokusuna təsir edir və qaranlıq foto ilə nəticələnir. Günün ortası və günəşin ən yüksək nöqtədə olduğu vaxt göz altındakı dairələrinizi daha da dərinləşdirəcək.
Ən yaxşı pozanızı çəkmək üçün video çəkməyə çalışın. Video üçün qeyd düyməsini basın və müxtəlif açılarda poza verin. Çənənizi yüngülcə qaldırıb düzəltdiyiniz pozalar çənənizi gizlədəcək və üzünüzü daha incə göstərəcək. Başqa bir təklif selfie çəkərkən cihazınızın altını gözlərinizlə eyni səviyyədə saxlamaqdır.
Düzgün işığı və ən yaxşı ekspozisiyanı çəksəniz belə, mürəkkəb fon səbəbindən diqqətdən kənarda ola bilərsiniz. Selfienizi qeyri-təbii yerə qoymayın, diqqəti cəmləyin və şəklinizi kəskinləşdirin.
Pozunuzu baxışlarınıza əks olunacaq səmimi təbəssümlə taclayın. Diqqətinizi cəmləməkdə çətinlik çəkirsinizsə, əvvəlcə, gözlərinizi yumun və ifadənizi təzələyin. İfadələr təzə olduqda ən təbii və gözəl görünür.
Şəkilinizi redaktə edərkən yüngül toxunuşdan istifadə edin. Yalnız sizə diqqət yetirən bölgələrə toxunun və göz ətrafındakı kiçik xətlər üçün narahat olmayın. Filtrdən istifadə edəcəksinizsə, düyməni maksimum tutuma qədər artırmayın. Siz filtrin intensivliyini azaltmaqla şəklinizin daha az redaktə edilmiş görünməsini təmin edə bilərsiniz.
Mənbə:mediatrend.com
Tərcümə etdi:Sayad Qoşnalıyeva
