Bu gün:

Sosial şəbəkələrin həyatımızda rolu


Demək olar ki, bütün sorğularda insanlardan sosial şəbəkələrdə vaxt keçirmələrinin səbəbini soruşduqda ilk cavab ailə və dostlarla ünsiyyət olub. GlobalWebIndex-in son araşdırması sübut edir ki, bu səbəb olduqca gözə görsənəndir.

İştirakçıların 55 faizi ailəsi və dostları ilə əlaqə saxlamaq üçün sosial şəbəkələrdən istifadə etdiyini, qalan 42 faizi isə xəbərləri, cari hadisələri izləmək və boş vaxtlarını keçirmək üçün sosial şəbəkələrdən istifadə etdiyini bildirib.

Bundan əlavə, araşdırma nəticəsində əldə edilən məlumatlar göstərir ki, sosial şəbəkələrdən istifadənin ümumi səbəbləri vahid xarakterik xüsusiyyətə malikdir. Sosial şəbəkələrdə vaxt keçirən insanların əksəriyyəti istehsal etmək və ona töhfə verməkdənsə, mövcud məzmundan faydalanmaq üçün oradadırlar.

İnternet istifadəçilərinin 27 faizi internetdən gündəlik həyatlarının təfərrüatlarını paylaşmaq üçün istifadə etdiklərini bildirir. Bundan əlavə, istifadəçilərin əksəriyyəti gündəlik həyatlarından təfərrüatlar verməkdənsə, mövcud məzmunu paylaşmaq üçün sosial şəbəkələrdən istifadə edirlər. Ən diqqət çəkən məlumatlar isə 32 faizlə sosial şəbəkələrdən yeni insanlarla tanış olmaq üçün istifadə etdiklərini söyləyən insanlardır.

Mənbə: Onedio

Tərcümə etdi : Namiq Atamalıyev 


Paylaş
Şərh əlavə et