
Uzun ömürlülüyü ilə məşhur olan başqa bir kiçik orqanizm kiçik barmağımızdan bir qədər kiçik olan ölməz meduza Turritopsis dohrnii-dir. Adından da göründüyü kimi, bu növün qabiliyyəti çox uzun yaşamaq deyil, sadəcə olaraq ölməkdən imtina etməkdir.
Ölməz meduzalar yaralananda və ya ac qalanda dənizin dibinə düşür və çürüməyə başlayır. Lakin onların hüceyrələri ənənəvi mənada ölmək əvəzinə yenidən birləşərək polipləri (meduzaların ən erkən həyat mərhələsi) əmələ gətirirlər. Bu, onları “bioloji cəhətdən ölməz” edir, lakin T. dohrnii əbədi yaşamır, çünki bir dəfə yeyildikdə geri qayıda bilməz.
Mənbə: Chip.com.tr
Tərcümə etdi: Amin Həsənli
