Bu gün:

Məşhur yazıcı Malcolm Gladwell-dən sitatlar


1963-cü ildə İngiltərədə anadan olan Gladwell Toronto Universitetinin Tarix fakültəsini bitirib. Məzun olduqdan sonra reklam sektoruna daxil olmaq istəyən Malkolm bir çox çətinliklərlə üzləşir. Bir çox iş müsahibələrindən həmişə mənfi geri dönüçlər alır. Daha sonra istiqamətini jurnalistikaya yönəldir. 

“The New Yorker” jurnalında yazmağa başlayan Malkolm kitabın yazılmasında liderlik etdi. Şəxsi inkişafla bağlı çoxlu kitablar yazan Malkolm 2005-ci ildə Time jurnalının 100 Ən Nüfuzlu İnsan siyahısına daxil edilib.

1)Əgər kifayət qədər çox çalışsan, özünü tanısan, beynini və təxəyyülünü işə salsan, dünyanı istədiyin kimi formalaşdıra bilərsən”.

2) Ağıllı insan özünü dünyaya uyğunlaşdırır; İrrasional olan isə, dünyanı özünə uyğunlaşdırmaqda israrlıdır".

3) "Valideynlik və pul arasındakı əlaqə haqqında düşüncələrimizə rəhbərlik edən mühüm bir prinsip var: Daha artığı həmişə daha yaxşı deyil".

4)Cəsarət, çətin anlarda səni cəsarətləndirən onsuz da sahib olduğun bir şey deyil. Cəsarət, çətin günlərdən keçdikdən və onların o qədər də çətin olmadığını kəşf etdikdən sonra qazandığınız bir şeydir. Almanların etdiyi dəhşətli səhvi görürsünüzmü? Londonu bombaladılar. “Onlar bombardmanın səsinin ingilisləri ruhdan salacağını düşünürdülər. Lakin bunun əksi baş verdi. O, hücumdan sağ çıxan və həmişəkindən daha cəsur insanlardan ibarət bir şəhər yaratdı. Almanlar Londonu heç vaxt bombalamasaydılar, daha yaxşı olardı”.

5)Biz insanları əvvəldən uğursuzluğa düçar etmişik. "Uğur qazananlara həddən artıq heyran oluruq və uğursuzluğa düçar olanlara əhəmiyyət vermirik".

6) "Xoşbəxt ölkələrin vətəndaşlarının intihar nisbətləri bədbəxt ölkələrin vətəndaşlarının intihar nisbətlərindən daha yüksəkdir, çünki ətrafdakı gülər üzlərə baxanda təzad çox böyükdür".

7) Vəzifə sahibləri bizim qalanların da davranmasını istəyirlərsə, ilk növbədə özlərini aparmalıdırlar”.

8)Hamımız bilirik ki, uğurlu insanlar bərk toxumlardan əmələ gəlir. Bəs onları qızdıran günəş işığı, kök saldıqları torpaq, qaçmaq üçün şanslı olduqları dovşanlar və odunçular haqqında kifayət qədər məlumatımız varmı?

9)Hamımızın öz unikal şəxsiyyətimiz var. Ancaq böyüdüyümüz cəmiyyətin keçmişindən gələn meyllər, fərziyyələr, reflekslər bu şəxsiyyətin üzərindədir”.

Mənbə: Ceotudent.com

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et