Bu gün:

Uşaqla oyun oynayan valideyn olmaq



Sizcə, oyun oynamaq yalnız uşaqlar üçün nəzərdə tutulmuş bir fəaliyyətdir? Bəs siz öz uşağınızla oyun oynamaq haqqında nə düşünürsünüz? Mütəxəssislərin bu məsələ ilə bağlı fikirləri nələrdir?

Mütəxəssislər bildirirlər ki, oyun oynamaq uşağın emosional, sosial və koqnitiv inkişafı üçün çox vacibdir. Mütəxəssislər onların dostları ilə oyun oynamasının vacib olduğunu bildirir, valideynlərin də oyunda iştirakının önəmini vurğulayırlar. Valideynlə oynayan uşaq önəmsəndiyini və dəyərli olduğunu hiss edir. Valideynlə övlad arasında olan bu müddət ərzində həm valideyn övladının bacarıqlarını daha yaxşı anlayır, həm də uşaq ailəsi ilə vaxt keçirdikcə emosional olaraq qidalanır.

Valideynlər uşaqları ilə oynayarkən bunlara diqqət etməlidirlər:


1. Yaşına uyğun oyuncaqlar seçilməlidir.

2. Onların maraq və bacarıqlarına uyğun oyuncaqlar olmalıdır.

3. Uşağın təhlükəsizliyi təmin edilməlidir.


Mənbə: Milliyet

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et