Bu gün:

Uşaqlar üçün ekrana baxmaq limiti nə qədər olmalıdır?



Doğulduğu andan ətrafda baş verən hər şeyi sonsuz maraqla araşdıran uşaqlar üçün televiziya çox maraqlı bir kəşfdir. Valideyn olaraq televiziyaya fərqli baxışlara malik olanlar da az deyil. Televiziyanı həyatından tamamilə silən valideynlər olsa da, doğulduğu andan televizoru daim açıq saxlayan valideynlər də var. Bəs ekspertlər bu barədə nə deyir?

Rəqəmsallaşan dünyada uşaqları ekranlardan tamamilə uzaqlaşdırmaq mümkün deyil və bu, onların gələcək inkişafı üçün mənfi ola bilər. Ekspertlərin həmfikir olduqları iki detal var: Yaş və baxış vaxtları. Yaşdan yaşa dəyişən izləmə vaxtları çox vacibdir. Çünki yeni doğulan körpə ilə 5 yaşlı uşağın inkişafı fərqlidir. Buna görə də, onların ekrana baxmağa reaksiyaları da fərqlidir. Mütəxəssislərin qeyd etdiyi digər məsələ isə 2 yaşa qədər uşaqların ekrandan uzaq tutulmasıdır. Bildirilir ki, 2 yaşından sonra uşaqlar gündə bir saat ekran qarşısında vaxt keçirə bilərlər. Həmçinin bildirilir ki, seçilmiş məzmun əvvəlcədən müəyyən olunmalı və valideyn tərəfindən nəzarət edilməlidir. Başqa bir vacib məqam isə birdən birə 1 saat izləmələrini yox, 20 dəqiqəlik fasilələrə bölərək izləmələrini təmin etməkdir.


Mənbə: Milliyet 

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et