Bu gün:

Vintaj və retro üslublu mətbəx dizaynı hazırlamaq


Vintaj, ümumiyyətlə, müəyyən dövrün xüsusiyyətlərini əks etdirən məhsullar üçün istifadə olunur. 40-100 il yaşı olan yüksək keyfiyyətli materiallardan istifadə edilən vintaj dekoru “keçmişin dəbinə mənsub olmaq” deməkdir. Başqa sözlə, vintaj dekorasiyasında keçmiş dövrlərə aid xüsusi parçalardan istifadə olunur. Bu gün yenidən dəbdə olan vintaj yalnız geyimdə deyil, ev bəzəyində də istifadə olunur. Xüsusilə, mətbəxlər vintaj dekorasiyasını əks etdirən ən vacib məkanlardır. 


Vintaj mətbəxini necə bəzəmək olar?

Vintaj dekorasiyasında üstünlük verilən rənglər- krem, ağ və boz kimi rənglərdir. Bunlardan başqa yasəmən rəngi, çəhrayı, mavi kimi solğun rəng tonlarından istifadə edilir. Bundan əlavə solğun mavi, yaşıl, solğun sarı və xardal tonları rəngarəng dekorasiya etmək istəyənlərin seçimləri arasındadır. Vintaj mətbəx dizaynı nostalji görünüşü ehtiva edir. Xərc baxımından qənaətcildir. Solğun tonlardan yumşaq keçidlərə yer verilir. Mətbəx masasında istifadə edilən üzlüklər, pərdələr və mebel üzlükləri çiçək naxışlı və ya zəncirli parçalarla əvəz edilməlidir. Mətbəx dolablarında taxta örtüklərdən istifadə edə bilərsiniz. Bundan əlavə bu yerlərdə keramika teksturalı döşəmələrə üstünlük verilə bilər. Mətbəx dekorasiyasında mat rənglər mütləq yer almalıdır. Divar kağızı istifadə edəcəksinizsə, şaquli zolaqlı modelləri seçə bilərsiniz. Ancaq böyük bir mətbəxiniz varsa, kiçik çiçəklərdən hazırlanmış dolabları da seçə bilərsiniz. Vintaj mətbəxdə ağ rənglərdən də istifadə olunur. Xüsusilə, mətbəx dolabları kimi mebellər üçün ağ rəng seçə bilərsiniz. Siz açıq üslublu rəflərdən istifadə edə və dolabların içərisində parçalar yerləşdirə bilərsiniz. Dolabların kiçik bölmələri - rəfləri, şüşə qapıları isə xoş və zərif gözəlliyə malik olmalıdır. 


Nostalji mətbəxin ən xarakterik xüsusiyyətlərindən biri mətbəx dəzgahının üstündəki böyük pəncərələrdir. Bu pəncərələr kiçik gözlərə bölünür. Mətbəx dolabları pəncərələrə uyğun olmalıdır. Vintaj mətbəx dekorasiyası üçün köhnə aksesuarlarınızı və nostalji posterlərinizi seçə bilərsiniz.

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et