Bu gün:

"Old money" tərzi nədir?


Hazırda nümayəndəsi Sofiya Riçi olan bu tendensiya, əslində, haradan ilham alır?

"Old money" termini və onunla gələn həyat tərzinə, əslində, onilliklər boyu heyran olunub. Bu gün bu tərz TikTok və Instagram kimi sosial media kanallarında milyardlarla izləyici tapıb. Estetik bir tendensiya halına gələn bu cərəyanın əsasını fitri zənginliklə gələn geyim və həyat tərzini əks etdirmək dayanır.

Köhnə pul tendensiyası haradan gəlir?

Cənubi Avropa səyahətlərindən İsveçrə dağlarına qədər uzanan bu tendensiyanın ən fərqli xüsusiyyəti keçmişdən bu günə qədər gözə batmayan, zərif zənginlik tərzidir. Bu tərzdə geyimdən tutmuş həyat tərzinə, ziyarət edilən yerlərə qədər məşhur yerlərdən və ya müvəqqəti geyim trendlərindən uzaq duraraq keyfiyyətli həyat tərzi yaratmaq üçün səylər göstərilir. Keyfiyyətli tərzin bir sərvət və hətta miras olduğu bidirilir.

"Old money" dəbdə özünü necə göstərir?

Köhnə pul görünüşünün əsas elementlərinə argil jiletlər, ağ idman ayaqqabıları, yorğan detallı paltolar və xüsusi parçalar daxildir. Onlar modadan uzaq görünsə də, deyə bilərik ki, bu iki tendensiya bir-birinə mükəmməl uyğunlaşır.

Yeni "köhnə pul" estetikası "zəngin" görünməkdən daha çox şüurlu alış-veriş və qarderoba sərmayə qoymaqdan ibarətdir. Bu özlüyündə bir trend kimi görünsə də, bu tendensiya ilə əlaqəli görünüşlər sizi uzun müddət qəşəng saxlayacaq bir görünüş əldə etməyə imkan verir. Buna görə də keyfiyyətli və bir çox paltarlara uyğun gələn parçaları seçmək lazımdır. Beləcə onların uzun müddət geyinilməsini təmin etmiş olursunuz. İkinci əl geyim mağazalarından klassik üslub geyimləri tapmaq mümkündür. Bəzi zamansız geyimlərin cazibəsi heç vaxt köhnəlməyəcək. Bu parçalarla uzun illər geyinilə bilən qarderob yaratmaq olar.

Bu gün "old money" dəbi necədir?

Sofiya Riçi son vaxtlar bu cərəyanın ən mühüm nümayəndələrindən biri hesab olunur. Bunun səbəbi odur ki, o, sadə və zərif üslubu ilə yanaşı, neytral tonlarda birləşən parçaları ilə yüksək keyfiyyətli görünüş əldə edir. Seçdiyi bahalı, lakin loqodan uzaq olan dəbdəbəli parçalarla səssiz lüks deyilən trendi yaşatmağa davam edir.

Köhnə pul tendensiyası üçün yuxarıda qeyd etdiyimiz kimi, uzun illər davam edəcək və dəbdən düşməyəcək yüksək keyfiyyətli parçaları seçmək üçün ən ağıllı yol kapsul qarderob yaratmaqdır. Bu şəkildə davamlı modaya töhfə verməklə yanaşı, daim dəyişən tendensiyaların təsirinə qapılmayacaqsınız. Fərqli yaxalı köynəklər, kaşmir üstlər, polo-yaxalı tennis və qolf köynəkləri, tennis ətəkləri və loaferlər bu tendensiyanın digər məşhur parçalarıdır. Aksessuar kimi zərif və kiçik mirvarilər, qızılı və gümüşü rəngli saatlar, broşlar, şərflər, ağ, krem və ya qara rənglərdə köhnəlməyən çantalar istifadə olunur.

Köhnə pul trendini yaxından izləmək və bu tendensiyaya uyğunlaşmaq istəyirsinizsə, yuxarıdakı məsləhətlərə diqqət yetirərək kapsul qarderob yarada bilərsiniz.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş
Şərh əlavə et