Bu gün:

Yatarkən corab geyinməyin


Sağlam bir gecə yuxusu gün boyu formada qalmağın ən böyük açarıdır. Aktiv bir gün keçirmək üçün mütəxəssislər yatarkən diqqət etməli olduğunuz vacib bir məqama diqqət çəkiblər.

Tədqiqatçılar hamam böcəyi və onların nəcislərində olan eyni bakteriyaların olduğunu aşkar etdikdən sonra insanlara yataqda çirkli corab geyinməməli olduqlarını bildiriblər.

Mattress Next Day araşdırması 1017 britaniyalının yuxu vərdişləri ilə bağlı sorğu keçirib və onların 18%-nin yatarkən corab geyindiyini aşkar edib.

Corab geyinənlərin 70%-nin yatmazdan əvvəl yeni corab geyinmədiyi, əksinə, gün ərzində geyindiyi corabla yatmağa getdiyi müəyyən edilib.

Tədqiqatçılar səhər 7-dən axşam 23-ə qədər insanların geyindiyi pis qoxulu parçalardan nümunə götürdülər və onların yarısında insanlarda infeksiyalara səbəb olan bakteriya növü olan pseudomonas aeruginosa olduğunu aşkar ediblər.

Matters Next Day mütəxəssisləri:  “Adətən tənəffüs yollarını və sidik yollarını yoluxdurur və ağciyərlərdə infeksiyaya səbəb olur. Çirklənmiş və düzgün təmizlənməmiş yerlərdə asanlıqla yayıla bilər".

Göbələklərin yaranmasına da səbəb olur

Mütəxəssislər həmçinin əlavə ediblər ki, ayaqlarda təxminən 250.000 tər vəzisi var, bu o deməkdir ki, nəm çirkli corablarda toplana bilər və bu da göbələklərə səbəb ola bilər.

Tədqiqatçılar corabla yatmaq istəyən insanlara yatmazdan əvvəl yeni bir corab geyinməyi tövsiyə ediblər.

Onlar həmçinin bütün bakteriyaları öldürmək üçün hamını çirkli corablarını 60 dərəcədən yuxarı temperaturda yumağı məsləhət görüblər.

Mənbə: Sözcü

Tərcümə etdi: Habertürk



Paylaş
Şərh əlavə et