Albert Eynşteyn tarixin ən məşhur alimlərindən biridir. Ancaq onun həyatı az adamın bildiyi təfərrüatlarla doludur.
1879-cu ildə Almaniyada anadan olan Albert Eynşteyn kosmos, zaman, enerji və kütlə ilə bağlı tədqiqatları ilə müasir fizikanın əsasını qoyan adlardandır. 1921-ci ildə Nobel mükafatı alan bu böyük dahi təkcə uğurlu alim deyil. Müasir dövrün ən ikonik və pərəstişkarlıq eilən insanıdır. O qədər ki, bu gün o, dünya kino ulduzu və ya uğurlu idmançı kimi məşhurdur! Yenə də Albert Eynşteynin həyatı çox az adamın bildiyi mühüm detallarla doludur. Tarixin ən məşhur alimlərindən biri olan Albert Eynşteyn haqqında yəqin ki, əvvəllər eşitmədiyiniz 10 maraqlı faktı təqdim edirik.
1. İlk məqaləsini 16 yaşında yazıb

Eynşteyn haqqında "uğursuz tələbə" olması şayiəsi yayılmışdı. Lakin bu şayiə həqiqəti tam əks etdirmir. Təhsilinin ilk illərində Eynşteyn xüsusilə latın, həndəsə və riyaziyyatda son dərəcə müvəffəqiyyətli idi.
Düzdür, bəzi imtahanlardan kəsilib və məktəbdəki, ilk illəri o qədər də parlaq olmayıb. Halbuki Eynşteyn gəncliyində də möhtəşəm bir dahi idi! İş o yerə çatıb ki, o, ilk elmi məqaləsini cəmi 16 yaşında yazıb.
2. Oppenheimer ilə dost idi
Atom bombasının atası kimi tanınan Amerikalı fizik Robert Oppenheimer, kino dünyasında böyük əks-səda doğuran, rejissor Kristofer Nolanın çəkdiyi “Oppenheimer” filmi sayəsində son zamanlar çox məşhurlaşdı. Əlbəttə, Oppenheimer və Eynşteyn arasındakı dostluq da belədir!
Bəli, fizika aləmində bu iki önəmli isim iki yaxşı dost idi. Üstəlik, 1966-cı ildə Oppenheimer Eynşteynlə dostluğu və atom bombasının inkişaf prosesi haqqında diqqətçəkən açıqlamalar verdi.
1939-cu ildə Eynşteyn ABŞ prezidenti Franklin Ruzveltə məktub göndərərək nasistlərin atom bombası hazırlaya biləcəyini və ABŞ-ın bununla bağlı tədbir görməli olduğunu bildirdi. Bu səbəbdən illərdir Eynşteynin atom bombasının arxasındakı hərəkətverici qüvvə olduğu iddia edilir. Bununla belə, Manhetten layihəsinin rəhbəri Oppenheimer izah etdi ki, müvafiq məktubun ABŞ-ın atom bombası hazırlamasına çox az təsiri var.
3. Birinci Dünya Müharibəsi zamanı öz ölkəsi Almaniyaya etiraz etdi
Fizika Eynşteynin maraqlandığı tək sahə deyildi. Müasir dövrün ən mühüm dühası da siyasət və siyasətlə yaxından maraqlanmış, yaşadığı dünyada baş verən ictimai hadisələrə biganə qalmamışdır. Bununla belə, Eynşteynin siyasi düşüncələrinin mərkəzində müharibə əleyhinə əhval-ruhiyyə dayanırdı. İş o yerə çatıb ki, I Dünya Müharibəsi illərində ölkəsini, Almaniyanı açıq şəkildə tənqid etməkdən çəkinməyib, vətəndaşlarını məcburi hərbi xidmətdən imtina etməyə dəvət edib.
4. O, FTB tərəfindən izlənildi
Eynşteynin siyasətlə yaxın münasibəti və müharibəyə qarşı çıxması FTB-nin bu məşhur alimi solçu fikirlərlə əlaqələndirməsinə səbəb oldu. Bu səbəbdən FTB 1930-cu illərdə Eynşteyn haqqında məlumat toplamağa və məşhur fiziki yaxından izləməyə başladı.
5. O, İsrail prezidenti olmaq təklifini rədd edib

İsrailin ilk prezidenti Xaim Veyzman 1950-ci illərin əvvəllərində vəfat edib. Bu hadisədən sonra dünyanın ən hörmətli elm adamlarından biri olan Eynşteynə İsrailin yeni prezidenti olmaq təklifi gəldi. Ancaq, Albert Eynşteyn bu təklifi rədd edərək, "təcrübə və lazımi təbii istedadın" olmadığını söylədi.
Mənbə: listelist.com
Tərcümə etdi: Amin Həsənli
