Bu gün:

Məktəbin ilk günündə uşaqlarla necə davranmaq lazımdır?


Məktəbin ilk günü uşağın bir fərd olaraq ilk dəfə cəmiyyətə daxil olduğu gündür. Bu vəziyyət bəzi uşaqlar üçün həyəcanlı bir gözləmə kimi müşahidə olunsa da, bəziləri üçün sıxıcı bir prosesə çevrilə bilər. Xüsusilə də ilk dərs günü hər uşaq üçün fərqli müşahidə olunur. Bəzi uşaqlar ətraf mühitə çox tez uyğunlaşarkən, bəzi uşaqlar dostlarına və müəllimlərinə uyğunlaşmaqda çətinlik çəkir və ya valideynlərindən ayrılmaqda çətinlik çəkirlər. Anaların sinifdə gözləməsi ilə nəticələnən bu proses uşaqlar qədər anaları da gərginləşdirir. Bəs valideynlər ilk dərs günündə özlərini necə aparmalıdırlar?


Məktəbə uyğunlaşmaqda çətinlik çəkən və ya məktəbdən narazı olan uşaqların əsas xüsusiyyətləri:


Narahat, utancaq xarakterə malik olan,

Həddindən artıq anadan asılılıq

Evdə valideynlər arasında problemlər,

Yeni bir qardaşın doğulması,

yerdəyişmələr,

Sevilən birinin ölümü,

Bu yaxınlarda baş vermiş qəza,

Xəstəlik kimi müxtəlif səbəblərdən yarana bilər.


Məktəblə bağlı problemi olan valideynlər nə etməlidir? Məktəb prosesini asanlaşdırmaq üçün valideynlərə məsləhətlər:


- Ailənin bütün üzvləri ardıcıl hərəkət etməli və uşaq məktəbə getməyə həvəsləndirilməlidir.

- Uşaqla həmişə aydın və başa düşülən danışmaq lazımdır. Uşaq ailəsinə niyə məktəbə getmək istəmədiyini aydın şəkildə deyə bilməlidir.

- İzah etmək lazımdır ki, bunu təkcə o yox, hər bir uşaq yaşaya bilər.

-Uşaqlar üçün ən vacib şey inamdır. Uşaqlara güvən verilməlidir. Uşaq “mən burdayam”, “səni çıxışdan götürəcəm”, “məni görəcəksən”, “qapıda olacam” kimi ifadələrlə sakitləşə bilər. Uşaqların etimadını qazanması üçün valideynlərin ilk günlərdə övladlarını məktəblərdə tək qoymaması lazımdır.

- İnsanda heç vaxt müqayisəli münasibət olmamalıdır və digər uşaqlar “yaxşı nümunə” kimi göstərilməməlidir.

- Məktəbin ilk günlərində və sonrasında məktəb və müəllimlə əməkdaşlıq etmək vacibdir.

- Ailələrə:Məktəb peşəkarları və bələdçi məsləhətçilər tərəfindən bu uyğunlaşma prosesi haqqında ətraflı məlumat verilməklə məktəb-ailə əməkdaşlığı təmin edilməlidir.


Mənbə:yasemin.com


Tərcümə etdi:Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et