
İlk dərs günündə şagirdlər məktəbə enerjili, həyəcanlı və bir az da kədərli gələcəklər. Bu gün həm tələbələr, həm də müəllimlər üçün vacibdir. Məktəbin ilk günü həm şagirdlər, həm də müəllimlər üçün vacibdir. Bu ilk gündə müəllimlər şagirdin məktəblə münasibətini müəyyən edəcək işlər görə bilər.
1. Dərsliyi götür və oxumağa başla.
Kitabları şagirdlərə verin, onlarla nə edəcəyinizi izah edin, onların əhəmiyyətindən danışın, evə getməyi və ailələri ilə kitabı öyrənmələrini söyləyin. Kitabı açıb ilk gündən birinci bölməni öyrənməyə başlamaq çox maraqlı və həvəsləndirici bir davranış olmayacaq.
2. İlk gün məktəb və sinif qaydalarını izah etmək üçün yaxşı seçim deyil.
Məktəbdə və hətta sinifdə riayət edilməli olan yalnız bir vacib qayda var. Bunu etdiyiniz zaman, il ərzində gec-tez siz hörmətli, qayğıkeş və cəlbedici bir sinif mühitinə nail olacaqsınız. Danışma, dönmə, qaçma, baxma, tərpənmə və s. Həyata keçirilməsi çətin və yorucu olan qaydalar toplusu heç kimə heç bir fayda verməyəcək.
3. Kurrikulumun paylanması və dərs planının izahı.
Bunu etmək üçün çox vaxtınız olacaq, məktəbin ilk günündə bunu etməyə ehtiyac yoxdur. Əminik ki, siz daha əyləncəli, daha rahat və daha maraqlı şeylər tapa bilərsiniz.
4. Oturma planının hazırlanması.
Siz şagirdlərinizi çox yaxşı tanımırsınız, bəlkə də onların əksəriyyətini keçən ildən tanıyırsınız. Ola bilsin ki, sizdə dərslərinizi hündürlük sırasına və ya əlifba sırasına görə sıralamaq üçün qarşısıalınmaz bir istək var. Bunu unudun, sinifə girən kimi şagirdlərinizə istədikləri yerdə otura biləcəklərini söyləyin. Uzun bir tətildən sonra məktəbə qayıtmaq, könülsüz, acı, əsəbi və s. Bu məcburi oturma planı ilə tələbələri əsəbiləşdirməyin mənası yoxdur. Hər halda onları tanıdıqca ağlınızda oturma planı olacaq və onu həyata keçirmək üçün çox vaxtınız olacaq.
5. İlk gündən nizam-intizamı qorumaq üçün səy göstərmək.
Şagirdlərə fasilə vermək və əyləncəli, xoş sinif mühiti yaratmaq heç kimə zərər vermir. Başladığı kimi bitəcəyini düşünürsənsə, yanılırsan. Əksinə, ilk gündən rahat bir mühit yaratmaq, şagirdlərinizin gözündə yerinizi gücləndirən və hörmət edən bir münasibət olacaq.
6. İmtahanlardan və qiymətlərdən söhbət.
Məlumdur ki, bu, həm müəllim, həm də şagird üçün heç də xoşagələn mövzu deyil. Bəs niyə ilk gündən belə bir şeyə girirsiniz?
7. Adlarınızı öyrənmək üçün mənə çox vaxt lazım olacaq...
Tamamilə mümkündür, onsuz da ilk gün sizdən onlarla tələbənin adını öyrənəcəyinizi heç kim gözləmir, amma bunu deməyin mənası yoxdur. Şagirdlərə heç vaxt ağlına belə gətirmədikləri bir şeyi söyləməklə rəqabət mühiti və ya gözləntilər yaratmağa ehtiyac yoxdur. Şagirdlər adlarını öyrənəndə bunu fərq edəcəklər, rahatlayın.
8. Yumoristik olmağa çalışmaq.
Şagirdlərinizi və hətta özünüzü rahat etmək istədiyinizi bilirik, lakin məcburi zarafatların əks təsiri ola bilər. Hadisələrin axmasına icazə verin, illərdir işlədiyini düşündüyünüz klişe zarafatları sakitcə bir kənara qoyun və spontan atmosferdən həzz alın. Sadəcə, zarafat üçün zəmin yaratmaq səyləriniz hamınızın fikrini yayındıracaq və darıxdırıcı sinif mühiti yaradacaq.
9. Müəllim yoldaşlarınız haqqında danışarkən.
Yaxşı və ya pis, ilk gündən digər həmkarlarınız haqqında danışmağa dəyməz və ehtiyac da yoxdur. Hər halda hər bir müəllim şagifdlərə özləri haqqında bilməli olduqlarını söyləyəcək. Şagirdlər bu mövzu ilə maraqlana bilər, bəzi şayiələrə əsaslanaraq sizdən nəsə öyrənmək istəyə bilər, lakin buna ehtiyac yoxdur. Belə suallara qulaq asmayın və hər kəsə özünü ifadə etmək şansı verin.
10. Şagirdlərdən özlərini təqdim etmələrini xahiş etmək.
Bu, hamının bir-birini tanıması üçün məntiqli bir yol, yaxşı seçim kimi görünə bilər, amma belə deyil. Xüsusilə, utancaq və əsəbi şagirdlərin vəziyyəti daha da pisləşdirəcək. Hər bir şagirdin xasiyyəti fərqlidir, bəziləri ilk gündən hamı ilə anlaşa bilir, bəziləri üçün isə həftələr çəkə bilər. Onlara bu şansı verin, zamanla bir-birlərini tanıyacaqlar. Bunu ilk gündən zorla etməyə ehtiyac yoxdur.
11. Çox danışmaq.
Müəyyən şeyləri izah etdikdən sonra şagirdlərə danışmağa, izah etməyə və ya hətta bir-biri ilə danışmağa icazə verin. Tədris tərziniz, imtahanlarınız, tapşırıqlarınız, layihələriniz və kurs cədvəliniz haqqında dəqiqələrlə danışmağa ehtiyac yoxdur, çünki bir müddət sonra onsuz da sizi dinləməyəcəklər.
12. Ev tapşırığının verilməsi.
Bu, yaxşı müəllimin heç vaxt etməyəcəyi bir şeydir, ilk gün ev tapşırığı vermək. Bəli, məktəb öyrənmə yeridir, şagirdlərin müəyyən öhdəlikləri var və onları yerinə yetirməlidirlər. Ancaq ilk gün ev tapşırığını verməklə hər iki tərəf üçün yaxşı bir iş görmürsünüz.
13. Nə qədər sərt müəllim olduğunuzu göstərmək.
Şagirdlərin əksəriyyəti artıq məktəbə qorxu, narahatlıq və maraqla gələcək. Belə neqativ emosiyalardan qurtulmaq üçün qarşılarında gülərüzlü, təsəlliverici, sakit bir müəllim görmək onlar üçün çox vacibdir. Onlara təhlükəsiz və xoşbəxt bir mühitdə olduqlarını hiss etdirin. Susqun, sərt gözlü, əsəbi müəllim olmaq sizə heç nə qazandırmayacaq, əksinə çox şey itirəcək.
Mənbə:mynet.com
Tərcümə etdi:Sayad Qoşnalıyeva
