
Makiyaj dəridəki qüsurları örtmək, daha çox canlılıq bəxş etmək üçün istifadə olunan vasitədir. Bəzən makiyajdan artıq dərəcədə istifadə etmək insanı olduğundan daha yaşlı göstərə bilər. Bununla bağlı edilən səhvləri təqdim edirik.
1. Tonal kremi qalın çəkmək

Tonal krem insanı yaşlı göstərə bilər. Onu nazik şəkildə çəkmək lazımdır. "Daha az makiyaj, daha yaxşı görünüş" sloqanı həqiqətən də bir çox makiyaj mütəxəssisi tərəfindən tövsiyə olunur. Gənc görünmək üçün dəri nəmli və təbii olmalıdır. Dərinizi davamlı olaraq nəmləndirməlisiniz.
2. Açıq rəngdə baza istifadə etmək

Dəri rənginiz çox açıqdırsa, yaşlandıqca daha isti tonlarda bazadan istifadə edin. Dərinizdən bir-iki ton tünd və parlaq bazalara üstünlük verin.
3. Göz altındakı şişkinliyə tünd qapadıcı sürtmək

Yaş irəlilədikcə göz altındakı dəri təbəqəsi incələşir. Buna görə tünd rəngli qapadıcı sürtmək daha çox diqqət çəkməyə səbəb olar. Açıq rəngli və xəfif qapadıcı çəkin və çəkərkən barmaqlarınızla deyil, fırça ilə tətbiq edin.
4. Üzün bütün hissəsinə pudra vurmaq

Pudra burun və çənə bölgəsindəki parlaqlığı qaydasına salmaq üçün istifadə olunan məhsuldur. Lakin üzün bütün hissəsinə tətbiq edildikdə, qırışların üzə çıxmasına səbəb olar. Ən əsası, göz hissənizə pudra vurmayın.
5. Yanaqlara ənlik vurmaq

Bunun əvəzinə almacıq sümüklərinin üst hissəsinə vurulmalıdır. Buruna yaxın hissələrə ənlik vurmayın. Fırçadan istifadə edərək almacıq sümüklərinin üst qisminə daha təbii və açıq rənglər vurun.
6. Qısa müddətdə yox olan pomada çəkmək

Dodaq xətlərini daha dəqiq göstərmək qadını daha gənc göstərir. Bunun üçün rəngi bəlli edən və daha dayanıqlı dodaq qələmləri istifadə olunmalıdır.
7. Pomada seçimi

İncə dodaqlara parlaq rənglər, tünd tonlar ağırlıq bəxş edir. Buna görə daha təbii rənglər seçməlisiniz. Hətta pomada əvəzinə dodaq parladıcısı istifadə edə bilərsiniz.
8. Alt kirpiklərə tuj çəkmək

Üst kirpiklərə tünd qara tuj çəkin. Belə halda gözləriniz və dəriniz daha bəyaz görünəcək. Həm də çox qatı olmayan tujdan istifadə etmək önəmli amildir. Çünki yaşlandıqca kirpiklər daha quru olur. Bu da tujun kirpiklərdən üzə hopmasına səbəb olur.
9. Göz altına eyeliner çəkmək

Eyeliner gözlərinizi daha kiçik göstərər və göz altındakı şişkinliklər daha çox diqqət çəkər. Eyelineri göz qapağınızın üstünə kənarlara doğrü qalınlaşan şəkildə çəkin.
10. Göz kənarlarına parlaq far vurmaq

Parlaq far gözlərin kənarlarına vurulduqda bütün incə cizgiləri ortaya çıxarır. Parlaq məhsulları göz qapağının ortalarında və yalnız qaş xətlərində istifadə edin.
Mənbə: Buse Terim
Tərcümə etdi: Lumu Zülfüqarova
