Bu gün:

Qarderobu fəsilə uyğun dəyişərkən bunları nəzərə alın


Gələn yay gələndə geyim və aksessuarlarda xoşagəlməz sürprizlərlə qarşılaşmamaq üçün bəzi detallara diqqət edin. 

Yay parçalarını düzgün çeşidləmək vaxtınıza qənaət edəcək. Növbəti yay gələndə paltarlarınızı daha asan tapa biləcəksiniz. Beləliklə mövsümə rahat başlamaq olar.

Yay paltarlarını kənara qoymaq uşaq oyunu kimi görünə bilər. Lakin vaxtında doğru çeşidləmək zaman və enerjinizi qoruyacaq. Buna görə də bəzi detallardan danışaq.

Kateqoriyalara ayırın

Geyim və aksesuarları "Təmir et" "Bağışla" "At" "Sat" kimi kateqoriyalara ayırın. İkinci əl tətbiqlər sizə geyimləri satmaqda kömək edə bilər. Lakin öncə geyimləri real kateqoriyalara ayırmaq lazımdır. Qərar verməzdən əvvəl özünüzə fasilə verin. Sürətli qərarlar vermək bəzən peşmanlığa səbəb ola bilər.

Özünüzə qarşı dürüst olun

Yay paltarlarını, ayaqqabıları və aksesuarları kənara qoyarkən özünüzlə dürüst olun. Yayda geyinmədiyiniz paltarları bir kənara qoyun. Ən çox tətbiq olunan qaydanı xatırlayın: "Əgər onları bir il geyinməmisinizsə, atın." Yayda geyinmədiyiniz paltarları, ayaqqabıları və aksesuarları gələn yayda geyinmək ehtimalı azdır. Onları dərhal atmaq istəmirsiniz, onları ayrıca qutuda saxlayaraq mövsümün əvvəlində nəzərdən keçirə bilərsiniz .

Təmizləmədən yığmayın

Çeşidləmək bir gündə tamamlanacaq bir iş deyil. Bunu nəzərə alaraq planınızı qurun. Qarderobunuzu nəzərdən keçirməyə başlayın. Paltardakı bəzi ləkələr kiçik olsa belə, qış boyu şkafda qalacaqları üçün sonradan bu ləkələri çıxarmaq çox çətinləşə bilər. Yuyulmamış paltarlar kiçik həşəratları cəlb edə bilər. Təmizləyərək çıxarma prinsipi çantalar və ya aksesuarları yerləşdirəcəyiniz saxlama qutularına da aiddir. Qışda istifadə etməyəcəyiniz çimərlik zinət əşyaları belə nəm parça ilə silinməli, qurudulmalı, düzgün şəkildə bükülüb kənara qoyulmalıdır. Çantaların və ayaqqabıların həm içi, həm də çölü təmizlənməlidir, saxlama qutularının içi dezinfeksiya edilməlidir. 

Düzgün saxlama materialları seçin

Fərqli funksiyaları olan asılqanlar, saxlama qutuları, vakuum torbaları, ayaqqabı qutuları, saxlama çantaları, saxlama sandıqları müxtəlif saxlama həlləri ...Düzgün saxlama həlləridir. Onlardan doğru istifadə paltarlarınızı və aksesuarlarınızı qışda baş verə biləcək deformasiyalardan qoruyacaq. Asılacaqdan asılacaq paltarların örtülməsi onların tozlanmasının qarşısını alır. Bunun üçün çarşaflardan və ya müxtəlif parçalardan istifadə edə bilərsiniz. Saxlama zamanı parçaların nəfəs alması vacibdir. Parça saxlama çantaları yaxşı həll ola bilər. Əgər paltarlarınızı anbar və ya zirzəmi kimi bir mühitdə saxlayacaqsınızsa, qoxu keçirməyən və hava keçirməyən vakuum torbaları daha yaxşı seçimdir.

Üzgüçülük paltarları və bikinilər xüsusi diqqət tələb edir

Sevdiyiniz çimərlik paltarlarını və bikiniləri yuyub saxlamaq vacibdir ki, onları növbəti yay mövsümündə geyinə biləsiniz. Az miqdarda qabyuyan yuyucu vasitə ilə çimərlik paltarlarını əl ilə yuya bilərsiniz. Yuyucu qalığı qalmayana qədər bol su ilə yaxalamalısınız. Paltar yuyucu vasitələrdən istifadə edəcəksinizsə, çox yaxşı yaxalamaq lazımdır. Paltaryuyan maşında yuyacağınız çimərlik paltarları və bikinilər üçün zərif yuma edib, yuyucu tordan istifadə edə bilərsiniz. Mayo və bikiniləri qurumadan kənara qoymaq onların xarab olmasına və hətta kiflənməsinə səbəb ola bilər. Üzgüçülük paltarlarını və bikiniləri kənara qoyarkən onları möhkəm bükməkdənsə, yaymaq daha yaxşıdır. Əgər onu plastik torbalarda saxlayacaqsınızsa, hava keçirməyən vakuum torbalarından istifadə etmək daha yaxşı seçimdir. 

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova


Paylaş