Ən inadkar ləkələri belə çıxarmağın bəzi yolları var. 12 inadkar ləkə və onları çıxarmaq üsullarını araşdırdırdıq.
Ot ləkələrini necə çıxarmaq olar?
1 litr su ilə bir yemək qaşığı sulu ammonyakı qarışdırın. Ləkəni bu qarışıqla isladın və süngər və ya salfetlə ovuşdurun.
Mürəkkəb ləkəsini necə çıxarmaq olar?

Pambığın üzərinə spirt tökün və ləkəni yumşaq bir şəkildə ovuşdurun. Siz, həmçinin 1:1 nisbətində sulu ammonyak və etil spirtini qarışdıraraq ləkəni ovuşdura bilərsiniz. Unutmayın, mürəkkəb ləkələrində yuyulmadan ən yaxşı nəticəni əldə edəcəksiniz.
Yağ ləkəsini necə çıxarmaq olar?
Ləkə təzədirsə, üzərinə 2-3 qat salfet qoyun. Ləkə yox olana qədər paltarınızı ütüləyin.
Dodaq boyası ləkəsini necə çıxarmaq olar?
Ləkəli paltarın üzərinə salfet qoyun və onu tərs çevirin. Çevirdiyiniz tərəfdəki ləkənin üzərinə spirt tökün və silin. Daha yaxşı nəticələr üçün salfetləri dəyişməyi unutmayın.
Dırnaq boyası ləkəsini necə çıxarmaq olar?
Ləkəli tərəfi tərs çevirib pambığın üzərinə aseton töküb ləkə çıxana qədər ovuşdurun.
Meyvə şirəsi ləkəsini necə çıxarmaq olar?
Bu üsul bütün meyvə ləkələrini aparmasa da, əksəriyyətini çıxarır. Bir pambığa sirkə tökün və ləkənin üzərinə sıxın. Sonra paltarı soyuq su ilə yuyun. Digər üsul isə yeni əmələ gələn ləkənin üzərinə duz vurmaqdır. Beləliklə, artıq nəm udulacaq və ləkənin dağılmasının qarşısı alınacaq. Sonra isti su ilə yuya bilərsiniz.
Qan ləkəsini necə çıxarmaq olar?
Qan ləkəsini çıxarmaq üçün ləkəyə sulu ammonyak əlavə edin və 10-15 dəqiqə gözləyin. Hələ də ləkə varsa, sabunla yuyun.
Şokolad ləkəsini necə çıxarmaq olar?
Ləkə təzədirsə üzərinə duz töküb süngərlə isti suda yuyun. Köhnə ləkələr üçün sirkə və spirtdən 1:1 nisbətində istifadə edin.
Tər ləkəsini necə çıxarmaq olar?

1 çay qaşığı qabyuyan yuyucu vasitə, 3-4 çay qaşığı hidrogen peroksid və 2 çay qaşığı sodanı qarışdırın. Qarışığı ləkənin üzərinə tökün, bir qədər gözləyin, sonra su ilə yuyun. Tər ləkələrini çıxarmaq üçün isti su və sirkə də istifadə edə bilərsiniz.
Palçıq ləkəsini necə çıxarmaq olar?
Çirkli paltarlarınızı isti suya qoyun. Qabyuyan yuyucu və ağ sirkə əlavə edin. Bir müddət gözlədikdən sonra isti suda yuyun.
Pivə ləkəsini necə çıxarmaq olar?
Su qarışığına 8:1:1:1 nisbətində qliserin, ammonyak və etil spirti əlavə edin və ləkəyə çəkin. Bu taktika şampan ləkələri üzərində də işləyir.
Şərab ləkəsini necə çıxarmaq olar?
Yeni ləkələri çıxarmaq üçün pambığa qaynar su, sirkə tökün və ləkəni sürtün. Ləkə köhnədirsə, 0,03 hissə limon turşusunu bir stəkan su ilə qarışdırın. Ləkə hələ də getməyibsə, ləkəni 1 xörək qaşığı hidrogen peroksid və ammonyak məhlulu qarışığı ilə ovuşdurun.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
