
Xoşbəxt olmaq üçün vərdiş etməli olduğunuz bəzi şeylər var.
1. Həyatı dəyərləndirin
Hər günə canlı və sağlam başladığınız üçün şükür edin. Həyata uşaq kimi maraq hissini inkişaf etdirin. Bütün canlıların gözəlliyinə diqqət yetirin. Günlərinizi tam yaşayın. Kiçik şeylərdən narahat olmayın.
2. Dostlarınızı ağıllı seçin
Özünüzü dəyərlərinizi və məqsədlərinizi bölüşən xoşbəxt, pozitiv insanlarla əhatə edin. Eyni etik dəyərləri paylaşdığınız dostlar arzularınıza çatmağınıza kömək edəcək. Bu insanlar sizə xoş hisslər bəxş edir. Ehtiyac anında kömək etmək üçün həmişə orada olur.
3. Düşüncəli olun
Ətrafınızdakıları olduqları kimi qəbul edin. Onların kimliyinə hörmət edin. Onlara mehriban və səxavətli münasibətlə yanaşın. Başqasını dəyişdirməyə çalışmadan ehtiyac anında yanında olun. Təmasda olduğunuz hər kəsin gününü işıqlandırmağa çalışan bir dost olun.
4. Daim öyrənin
Həmişə karyeranız və hobbinizlə bağlı ən son xəbərləri və gündəmi izləyin. Rəqs, xizək sürmək, sörfinq kimi sizi maraqlandıran və cəsarət tələb edən şeylərlə məşğul olmağa çalışın.
5. Problemlərinizi yaradıcılıqla həll edin
Özünüzə yazığınız gəlməsin. Problemlə qarşılaşan kimi həll yolu tapmaq üçün düşünməyə başlayın. Yolunuzdakı daşların əhvalınıza təsir etməsinə imkan verməyin. Bunun əvəzinə, qarşılaşdığınız hər bir maneəni müsbət dəyişiklik üçün bir fürsət kimi görün. İnstinktlərinizə güvənməyi öyrənin - onlar demək olar ki, həmişə doğrudur.
6. Sevdiyiniz işi görün
Əksər statistik araşdırmalar göstərir ki, insanların 80 faizi öz işlərini sevmir. Həyatınızın əhəmiyyətli bir hissəsini işlə keçirirsiniz. Beləliklə, zövq ala biləcəyiniz bir karyera seçməlisiniz. Nifrət etdiyiniz işdən qazandığınız əlavə pulun isə heç bir dəyəri yoxdur.
7. Həyatdan həzz alın
Ətrafınızdakı gözəllikləri görmək üçün vaxt ayırın. Həyat işdən ibarət deyil. Bağınızda gülləri iyləmək, sevgilinizlə gün batımını seyr etmək, sahildə qısa gəzinti etmək və s. bir az vaxt sərf edin. İndiki zamanda yaşamağı və ona dəyər verməyi öyrənin. Keçmişdə və ya gələcəkdə yaşamağa çalışmayın.
8. Gülümsəyin
Həyatı çox ciddi qəbul etməyin. Demək olar ki, hər vəziyyətdə yumor tapa bilərsiniz. Özünüzə gülün - heç kim mükəmməl deyil. Düzgün gülümsəməyi bacardığınız zaman, həyatı yüngülləşdirmək daha asan olur. (Təbii ki, gülüşün yersiz ola biləcəyi və ciddiliyin tələb olunduğu vəziyyətlər var.)
9. Bağışlayın
Kin saxlamaq özünüzdən başqa heç kimə zərər verməz. Öz ağlınız üçün ətrafınızdakıları bağışlayın. Səhv etdiyinizi anlayın. Ondan dərs alın və özünüzü bağışlayın.
10. Minnətdar olun
Minnətdarlıq hissinə sahib olun. Minnətdar olduğunuz hər şeyi, hətta kiçik və əhəmiyyətsiz görünən şeyləri də sayın. Evinizi, işinizi, ən əsası ailənizi və dostlarınızı qiymətləndirin. Həyatınızda onlara sahib olmaqdan nə qədər xoşbəxt olduğunuzu hiss etdirin.
11. Münasibətlərə yatırım edin
Yaxınlarınızın hətta münaqişə anlarında belə onları nə qədər sevdiyinizi bildiyinə əmin olun. Ailəniz və dostlarınızla vaxt keçirərək onlarla münasibətlərinizi inkişaf etdirin. Verdiyiniz sözlərə əməl edin, dəstək olun.
12. Dürüst olun
Dürüstlük ən yaxşı üsuldur. Etdiyiniz hər bir hərəkətdə və verdiyiniz hər qərarda dürüst düşüncəniz olmalıdır.
13. Meditasiya edin
Meditasiya daim aktiv olan beyninizə istirahət etmək imkanı verir. Beyniniz dincəldikdə, onun tərkibindəki enerjinin miqdarı artır. Bu halda beyin yüksək məhsuldarlıqla işləyə bilir. Yoqa, hipnoz, vizuallaşdırma və ya sadəcə sakit oturmaq - sevdiyiniz birini seçin. Bunu hər gün müntəzəm olaraq etməyə çalışın.
14. Öz işinlə məşğul olun
Həyatınızı istədiyiniz kimi qura bilməyə fokuslanın. Özünüzün və ailənizin qayğısına qalın. Başqalarının etdikləri və ya dedikləri barədə çox narahat olmayın. Qeybətə qulaq asmayın. Mühakimə etməyin. Hər kəsin öz həyatını istədiyi kimi yaşamaq hüququ var, o cümlədən sizin.
15. Optimist olun
Yarım dolu stəkana baxmağa çalışın. Qarşılaşdığınız hər bir vəziyyətdə müsbət tərəfləri axtarın. Unutmayın ki, hər şeyin bir səbəbi olur. Baxmayaraq ki, bəzən bu səbəbləri bilmirik. Mənfi düşüncələri uzaqlaşdırın.
16. Qeyd-şərtsiz sevin
İnsanları olduğu kimi qəbul edin. Çünki sevdiklərinizin etdiyi hər şeyi bəyənməsəniz belə, onları sevməyə davam edirsiniz.
17. Təslim olmayın
Hər problemə sizi hədəfinizə bir addım daha yaxınlaşdıracaq bir pillə kimi baxın. Təslim olmadıqca heç vaxt uğursuz olmayacaqsınız. İstədiyiniz şeyə diqqət yetirin. Lazımi bacarıqları əldə edin, uğura aparan plan qurun və hərəkətə keçin.
18. İrəli baxın
Dəyişdirilə bilməyən şeyləri olduğu kimi qəbul edin. Xoşbəxt insanlar özlərindən asılı olmayan vəziyyətlərə vaxt sərf etmirlər. Bir insan olaraq məhdudiyyətlərinizi qəbul edin. İstədiyiniz nəticələri yaradaraq nəzarəti necə ələ keçirəcəyinizə diqqət yetirin.
19. Şəxsi qayğınıza diqqət yetirin
Ağlınıza, bədəninizə və sağlamlığınıza diqqət yetirin. Müntəzəm müayinələrdən keçin. Sağlam yeyin və idman edin. Bol istirahət edin. Bol su için.
20. Özünüzə tam inanın
Olmadığınız biri olmağa çalışmayın. Heç kim fırıldaqçıları sevmir. Kim olduğunuzu tapın. Bəyəndiyiniz və bəyənmədiyiniz şeyləri müəyyənləşdirin. Əlinizdən gələni edin. Özünüzü arxa plana atmayın.
21. Məsuliyyət götürün
Xoşbəxt insanlar bilir ki, öz həyatlarına 100 faiz cavabdehdirlər. Onlar öz rəftarlarına, düşüncələrinə, əhvallarına, hisslərinə, hərəkətlərinə və dediklərinə görə məsuliyyət daşıyırlar. Səhv edəndə ilk onlar etiraf edirlər. Günə xoşbəxtlik üçün lazım olan məsuliyyətləri götürməklə başlayın. Öz vərdişlərinizi təkmilləşdirməyə çalışın. Gündəlik həyatınıza qeyd etdiyimiz bu vərdişləri nə qədər çox daxil etsəniz, bir o qədər xoşbəxt olarsınız.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
