
Diqqətinizi yayındırın
Özünüzü çox düşündüyünüz zaman diqqətinizi yayındıracaq bir fəaliyyət tapın. Fəaliyyət üçün əhval-ruhiyyədə deyilsinizsə, trillerlərə baxın. Araşdırmalara görə, belə filmlərə baxdığınız zaman beyniniz və bütün hissləriniz bütünlüklə yaşadığınız ana və o an baxdığınız filmə fokuslanır.
Tədbir görün
Harada və nə vaxt hərəkətə keçməyinizi bildiyiniz, ancaq qorxudan hərəkətə keçə bilməyəcəyiniz bir vəziyyətlə qarşılaşırsınızsa, çox kiçik bir addım da olsa, hərəkətə keçin. Daim ümid etmək, arzulamaq səni heç yerə aparmayacaq. Ancaq kiçik bir addımı belə əldə etmək sizi həvəsləndirəcək və daha böyük addımlar üçün inam verəcək.
Tələyə düşməyin
Yoxsa siz daima pul narahat edən və hər gün bank hesabını yoxlayanlardansınız? Bu cür narahatlıqlar şüuraltı olaraq, siz özünüz də fərqinə varmadan daima çox düşünməyə sövq edir. Fərqində olmasanız belə, bu mövzular gündəmə gələndə həddindən artıq reaksiya verə və çox xoşbəxt olarkən çox durğun əhval-ruhiyyəyə sahib ola bilərsiniz. Bu məsələ ilə bağlı başqalarından xəbərdarlıqlar olarsa, diqqətli olun. Və bu vəziyyətdən çıxmağa çalışın, çünki lazımsız qayğılarınız və qorxularınız lazımsız vaxt itkisinə səbəb olur.
Mənbə: HThayat
Tərcümə etdi: Lamiyə Cənnətzadə
