Bu gün:

Dəfələrlə Oskar mükafatına layiq görülmüş filmlər


Hamlet (Hamlet)

1948-ci ildə istehsal edilmiş Böyük Britaniya filmidir. Film Uilyam Şekspirin eyniadlı əsəri əsasında çəkilmiş və 4 Oskar mükafatına layiq görülmüşdür. Bu film Ən yaxşı filmə görə "Oskar" mükafatı kateqoriyası üzrə "Oskar mükafatı"na layiq görülmüş ilk Britaniya filmidir.

 The Silence of the Lambs (Quzuların səssizliyi və ya Quzuların susması)

1991-ci ildə istehsal edilmiş ABŞ filmidir.  Film Tomas Harrisin "Quzuların səssizliyi" (1988) əsəri əsasında çəkilmiş və 5 kateqoriya üzrə Oskar mükafatına layiq görülmüşdür. "Quzuların səssizliyi" filmi 2011-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.


Qladiator 

Ridli Skottun 2000-ci ildə çəkdiyi filmdir. Film 5 Oskar mükafatına layiq görülmüşdür. Eramızın 180-ci ilində Mark Avrelinin qoşunu Maksimusun başçılığı altında german tayfalarını ağır məğlubiyyətə uğradır. Mark Avreli bu qələbədən sonra hakimiyyəti Maksimusa verəcəyi barədə oğlu Kommoda bildirir. Atası ilə razılaşmayan Kommod onu boğaraq öldürür. Bu hadisədən sonra Kommod Maksimusun ailəsini öldürməyə əmr verir. Maksimus evə qayıdan zaman ailəsinin vəhşicəsinə öldürüldüyün görür. Bir müddət sonra qul satıcısı onu qula çevirərək qladiatorların hazırlaşdığı yerə aparır. Maksimus isə Kommoddan qisas almaq üçün arena qanlı döyüşlərdən keçməlidir.


The Sound of Music (Musiqi sədaları)

1965-ci il ABŞ istehsalı olan musiqili filmdir. 1959-ci il tarixli eyni adlı Broadway musiqisi ilə uyğunlaşdırılmışdır. Mahnıda olduğu kimi bu film də Hovard Lindsey və Rassel Kruzun kitabına əsaslanır. Filmin ssenarisini Ernest Leman yazmışdır. Robert Vayz filmin həm prodüserliyini, həm də rejissorluğunu boynuna götürmüşdür. Əhəmiyyətli rollarda Culiya Endryus, Kristofer Plummer, Eleonor Parker, Peggi Vud və Riçard Haydn oynamışlar. Filmin musiqiləri Riçard Rocers və Oskar Hammerştayn II-yə aiddir.

"Musiqi sədaları", 1966-ci ildə 10 nominasiya üzrə namizəd olduğu Oskar mükafatından "Ən yaxşı film", "rejissor", "musiqi", "səs" və "fantastika" dərəcələrində 5 dəfə qazanmışdı. Həmçinin ABŞ-də "mədəni, tarixi və estetik olaraq əhəmiyyətli" filmlər arasına seçilmiş və Konqres Kitabxanasının Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.


Hugo (Hüqo)

Brayan Selznikin "Hüqo Kabrenin ixtirası" kitabının motivləri əsasında rejissor Martin Skorseze tərəfindən çəkilən macəra filmidir. Filmin premyerası 23 noyabr 2011-ci il tarixində baş tutmuşdur.

Film ən yaxşı rejissor işinə görə "Qızıl Qlobus" mükafatının sahibi olmuşdur. Bundan başqa, film 11 Oskar mükafatı nominasiyasına namizəd göstərilmişdir: "Ən yaxşı film", "Ən yaxşı rejissor işi" (Martin Skorseze), "Ən yaxşı ssenari" (Brayan Selznik, Con Loqan) və "Ən yaxşı musiqi" (Hovard Şor).  Film 5 nominasiyada qalib olmuşdur. Bunlar: "Ən yaxşı operator işi", "Ən yaxşı dekorasiya", "Ən yaxşı səs effekti", "Ən yaxşı səs montajı", "Ən yaxşı vizual effektlər" nominasiyalarıdır.

All About Eve (Yeva haqqında hər şey)

1950-ci ildə Rejissor Cozef Leo Mankeviç tərəfindən çəkilmiş amerikan dram filmidir. Filmin ssenarisini Mankeviç Meri Orrun "Yevanın müdrikliyi"(ing. The Wisdom of Eve) hekayəsi əsasında yazmışdır. Bett Deyvis çox məşhur lakin, qocalmaqda olan Brodvey aktrisası Marqo Cenninq rolunu oynamışdır. Enn Bakster Cenninqin həyatına daxil olan və nəticədə həm onun karyerası, həm də şəxsi həyatı üçün təhlükəyə çevrilən cavan pərəstişkarı Yeva Xarrinqton rolunda çəkilmişdir. Digər personajları Corc Sanders, Selesta Holm, Xyü Marlou, Hari Merrill və Telma Ritter canlandırıblar. Film həmçinin Merilin Monronun kinoda rol aldığı ilk filmlərdən biridir.

"Yeva haqqında hər şey" tənqidçilərdən yüksək rəylər qazanıb; film 14 nominasiyada "Oskar"a namizəd göstərilib (bu sayda nominasiyaya sonradan yalnız 1997-ci ildə, "Titanik" filmi namizəd göstərilmişdir) və ən yaxşı film nominasiyası daxil olmaqla 6 nominasiyada qalib olub.  1998-ci ildə "Yeva haqqında hər şey" filmi Amerikan Kinoincəsənəti İnstitutunun tərtib etdiyi "Ən yaxşı 100 amerikan filmi" sırasında 16-cı yeri tutmuşdur.

Dances With Wolves (Canavarlarla rəqs)

Tarixi dram filmidir. Filmin rejissoru və baş rol ifaçısı Kevin Kostnerdir. O bu filmin üzərində 5 ildən artıq işləmişdir. Filmin premyerası 1990-cı il 19 oktyabrda Vaşinqtonda baş tutmuşdur. Filmdəki dialoqların çoxu Amerika hindu qəbilələrindən biri olan siuların dilinin lakota dialektindədir və altyazı ilə müşayiət olunur.

22 milyon ABŞ dolları büdcə ilə çəkilmiş film, qazandığı böyük uğur sayəsində 424 milyon dollar gəlir gətirdi. Film 7 Oskar mükafatı, o cümlədən, "Ən yaxşı film" nominasiyasında, həmçinin "Ən yaxşı dram filmi"nə görə Qızıl Qlobus mükafatını qazandı. Filmdəki səhnələr Cənubi Dakota və Vayominqdə çəkilmiş və Sinte Qleksa Universitetinin Lakota tədqiqatları şöbəsinin müdiri Albert Vayt Het tərəfindən tərcümə edilmişdir.


 Lawrence of Arabia (Ərəbistanlı Lourens)

Devid Linin rejissoru olduğu və Tomas Edvard Lourensin həyatından bəhs edən 1962-ci ilə aid epik kinofilmdir. Filmdə baş rolu Piter O'Tul ifa edir. Bu film kino tarixində ən yaxşı və ən təsirli filmlərdən biri kimi qəbul edilir. Moris Jarrın musiqisi və Freddi Yanqın "Super Panavision 70" kinolenti çox bəyənilmişdir.  Film 10 nominasiyada Oskar mükafatına namizəd göstərilmiş və 7 nominasiya üzrə qalib gəlmişdir. 




 Amadeus (Amadey)

Rejissor Miloş Forman tərəfindən 1984-cü ildə Piter Şefferin eyniadlı pyesi əsasında yazdığı (1979) ssenariyə çəkdiyi dram kinofilmidir. Piter Şefferin filmin əsasını təşkil edən pyesi Puşkinin "Motsart və Salyeri" "kiçik faciəsi" əsasında yazılmışdır. Filmdə hadisələr XVIII əsrin ikinci yarısında Vyanada baş verir.

Film müxtəlif mükafatlar üzrə ümumilikdə 50 nominasiyaya namizəd göstərilmiş, onlardan 40-ını qazanmışdır. Qazanılan mükafatlar içərisində 8 Oskar (həmçinin ən yaxşı film nominasiyasında, 4 BAFTA mükafatı, 4 Qızıl Qlobus mükafatı və Amerika Rejissorlar Gildiyasının (DGA) mükafatı var.

Titanic (Titanik)

2 milyard $-dan çox gəlir götürən bu film kinemotoqrafiya tarixinin ən gəlirli və yaddaqalan filmlərindəndir. Film 11 Oskar mükafatına layiq görülmüşdür.

Real hadisə əsasında çəkilmiş əfsanəvi filmdir. Filmdə Titanikin səyahətə başlayıb batmasına qədər davam edən 2 günün təsviri verilib. Film real hadisəyə əsaslansa da burada həmçinin məhəbbət xətti də var. Kasıb ailənin oğlu olan Cek (Leonardo Di Kaprio) Titanikin yola çıxmasına 5 dəqiqə qalmış qumarda gəmiyə bilet qazanır. Bu səyahətdə isə varlı ailənin qızı olan Rouzla (Keyt Uinslet) tanış olur.


Hazırladı: Həvva Cəbrayılova

Paylaş
Şərh əlavə et