Bu gün:

Saçları necə düz etmək olar?


Düz saçlar qara paltar kimi əksər vəziyyətlərə uyğun gələn və qəşəng görünməyi asanlaşdıran bir üslub seçimidir. Saçlarımızın buruq və ya bir az dalğalı olmasından asılı olmayaraq, biz zaman-zaman bu sadə və aydın görünüşdən faydalanmaq istəyirik. Ancaq düzgün üsullarla edilmədikdə saç düzləşdirmə prosesi uzun sürə və nəticə istədiyiniz qədər gözəl olmaya bilər. Məsləhətləri öyrəndiyiniz zaman salona getmədən evdə öz saçınızı düzəldə bilərsiniz.

Ümumiyyətlə, saçı düzəltmək üçün iki üsuldan birinə üstünlük verilir: fen ilə qurutma və ya düzləşdirici ilə düzəltmə. Fenlə qurutma:Ənənəvi üsulda yuyub təmizlədiyiniz saçları fırça və qurutma maşını ilə düzəldə bilərsiniz. Burada vacib məqam saç qurutma maşınının nazik ağzından istifadə etməkdir ki, havanı saça yönəldə biləsiniz. Ancaq qurutma maşını uzun müddət eyni yerdə saxlasanız, saçlarınız nəzarətsiz şəkildə qıza və zədələnə bilər. Buna görə quruducuyu yuxarı və aşağı hərəkət etdirməlisiniz. Düzləşdirici:"Saçları necə düz etmək olar?" Dediyiniz zaman daha yeni və daha faydalı üsul düzləşdirici ilə etməkdir. Cihazı uyğun istilik rejiminə qoymaq lazımdır. Saçlarınızı yumşaq və yavaş hərəkətlərlə düzəldərkən eyni teli təkrar-təkrar keçməkdən çəkinin. Bu, saçları çox qızdıraraq onlara zərər verə bilər. Düzləşdiricidən əvvəl saçın tamamilə quruması lazım olduğundan, fen prosesi ona forma verərək bunun qayğısına qalır. Beləliklə, yalnız bir düzəldici istifadə edərək əldə edəcəyinizdən daha çox alınacaq. 

Mənbə:philips.com


Tərcümə etdi:Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et