
Xəstələnmədən əvvəl və ya sonra istifadə ediləcək 10 ən məşhur bitki çayı
İtburnu Çayı: İmmunitet sistemini gücləndirən bir quruluşa malikdir. Xəstəliklərə qarşı müqaviməti artırır və C vitamini anbarıdır. Gündə 2-3 stəkan qəbul etmək faydalıdır.
Ekinezya çayı: İmmunitet sistemini gücləndirən başqa bir çay. Daimi qəbul həm də yuxarı tənəffüs yollarının infeksiyalarının qarşısını almağa kömək edir. Hər gün 2 stəkan qədər içə bilərsiniz.
Hibiskus çayı: Tərkibindəki antioksidanlar və C vitamini ilə immunitet sistemini gücləndirir və bədəni rahatlaşdırır. Xəstəliklərin qarşısını almaq üçün gündə maksimum 3 stəkan içmək olar.
Adaçayı çayı: Üst tənəffüs yolları infeksiyalarında və qriplə bağlı mədə problemlərində istifadə edilə bilər.
Çobanyastığı çayı: Boğaz ağrılarını aradan qaldırmağa və bədəni sakitləşdirməyə kömək edir.
Darçınlı Çay: Soyuqdəymə əlamətlərini azaltmaq və boğaz ağrısını aradan qaldırmaq üçün təsirli bir çaydır.
Mixək çayı: Qriplə bağlı tənəffüs və mədə problemlərinin həllində kömək alacağımız çaylardan biridir.
Kiçik təkliflər:
Çaylara toz şəklində darçın, mixək və zəncəfil də əlavə edə bilərsiniz.
Bitki çaylarınızı şirinləşdirmək üçün baldan kömək ala bilərsiniz. Xüsusilə, öskürəyə qarşı təsirlidir.
Qızdırma və boğaz ağrınız varsa;
2 çay qaşığı yaşıl çay yarpağı
2-3 kiçik dilim zəncəfil
1 çimdik qırmızı bibər
Bu
bal
Suyu qaynadın və bir az soyuyanda yaşıl çay ilə stəkana tökün. İçinə zəncəfil taxılları və qırmızı bibər əlavə edin, örtün və dəmlənməsinə icazə verin. 10 dəqiqədən sonra yarpaqları və taxılları çıxarın və bal əlavə edin.
Mənbə:anadolusağlık.com
Tərcümə etdi:Sayad Qoşnalıyeva
