Bu gün:

Qərənfil gülünün mənaları nələrdir?


Həyatımızın müxtəlif yerlərində fərqli rəngləri ilə istifadə etdiyimiz qərənfil çiçəyinin fərqli rəngləri olduğu kimi özünəməxsus fərqli mənaları da var. Günümüzdə sevdiyimiz və ya darıxdığımız insanlara tez-tez hədiyyə edilən və daha çox qəbiristanlıq ziyarətləri zamanı insanın həsrətini ifadə etmək üçün istifadə edilən qərənfil çiçəyinin mənaları nələrdir?

Qərənfil çiçəyi istixana şəraitində yetişdirilə bildiyi üçün bütün fəsillərdə yetişdirilə bilər. Növləri arasında çəhrayı, ağ, qırmızı kimi rəngləri mövcuddur.

Ağ qərənfil çiçəyi saflığı və təmizliyi, çəhrayı qərənfil çiçəkləri isə sevgi və məsumluğu simvollaşdırır. 

Həmçinin, çəhrayı qərənfil çiçəyi də həssaslığı simvollaşdırır. 

Müxtəlif rəngləri arasında birdən çox məna daşıyan qərənfil çiçəyinin qırmızısı sevgini simvolizə edir. Əgər qərənfildən danışırıqsa, onun üçün tək bir mənadan danışmaq mümkün deyil. Əslində, müxtəlif rəngləri ehtiva edən qərənfil eyni çeşiddə fərqli mənalar daşıyır.

Ağ, qırmızı, çəhrayı kimi rəngləri olan qərənfilin həssaslığı və sevgini simvolizə etdiyi məlumdur. Çünki bu gül insana olan sevgi və həsrəti ifadə etmək üçün seçilib.

Mənbə: Sabah

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et