Bu gün:

Texnologiya şirkətlərinin investisiya xərcləri artmaqda davam edir


Hazırda qurumlar il ərzində ehtiyaclarına uyğun olaraq, aylıq ödənişlə istifadələrinə uyğun texnologiya xidmətləri alırlar.

Texnologiya təşkilatlar üçün öz biznes proseslərini idarə etmək və rəqabətdə qalmaq üçün əvəzolunmaz hala gəlib. Texnologiya sərmayələri müəssisələrin səmərəliliyini, məhsuldarlığını və müştəri məmnuniyyətini artırır.  Bununla belə, texnologiya investisiyaları hər gün daha çox xərc tələb edir. Buna görə də, miqyaslı texnologiya sərmayələri qurumlar üçün əhəmiyyət qazanır.

Satınalma icarə müddəti

Qurumlar artıq istifadəyə əsaslanan texnologiya xidmətləri ala bilər.  Yəni ilk növbədə investisiya qoymadan il ərzində artım planına uyğun hərəkət edə bilər. Qurum böyüdükcə investisiyanı artırır və satın almaq əvəzinə abunə ilə aylıq ödənişlər edir.  İstifadə əsaslı ödəniş və investisiyaların maliyyələşdirilməsi müəssisə və şirkətlərin işini asanlaşdırır.

İlkin investisiya xərclərini azaldır

Dünyadakı texnologiya şirkətləri artıq maliyyə şirkəti kimi fəaliyyət göstərməyə başlayıblar.  Bu sistem xüsusilə ilkin investisiya xərclərini azaldan və investisiya planlamasını nəzarətli edən satınalma modelidir. Ölçüləbilən texnologiya sərmayələri təşkilatlara iş yükləri artdıqca və ya dəyişdikcə texnologiya infrastrukturunu asanlıqla genişləndirməyə və ya azaltmağa imkan verir.

Mənbə: CNN türk

Tərcümə etdi: Lalə Mənəfova


Paylaş
Şərh əlavə et