
Gün ərzində qəbul edilən qida maddələrindən ən əhəmiyyətlisi, şübhəsiz ki, səhər yeməyidir. Xüsusilə günə daha enerjili və sağlam başlamaq üçün səhər yeməyi lazımlıdır. Ancaq səhər yeməyində qəbul etdiyimiz qidalar bəzən çox zərərli ola bilər.
Səhər yeməyi günə enerjili başlamaq üçün vacib bir yeməkdir. Bir çox insanlar səhər oyanır, səhər yeməyindən əvvəl qəhvə içir və ya qatıqlı qidalar qəbul edir.
Mümkün olduqca həzm sistemimizə təsir edə biləcək zərərli qidalardan çəkinməliyik. Budur heç vaxt səhər yeməyi masasında olmamalı qidalar...
Pomidor
Pomidorda C vitamini və bir çox digər vitaminlər var. Ancaq pomidorlarda tannik turşusu olduğu üçün acqarına yeyilə bilməz. Bu turşu mədədə olan turşu miqdarının artmasına səbəb olacaq və bu da tez-tez ağrılı mədə problemlərinə səbəb ola bilər. Bu səbəbdən xora kimi mədə probleminiz varsa, bu tip turşulu qidalardan çəkinmək sizin xeyrinizədir.
Qazlı içkilər
Bir çox insanlar günün istənilən vaxtında alkoqolsuz içkilər içməyin yaxşı olduğunu düşünür. Ancaq bu tövsiyə edilmir. Başqa bir şey qəbul etmədən alkoqolsuz içkilər içdiyiniz zaman mədəniz çox şişə bilər.
Yağlı un məmulatları
Səhər tezdən insanların çoxu səhər yeməyi masasında gördükləri ilk şeyin üstünə uzanır, ağzına atır və tələsik evdən çıxır. Ən asan qəlyanaltılardan biri yağlı un məmulatları kimi sürətli bir qəlyanaltıdır. Sizi tox tutduğunu hiss etsəniz də, təəssüf ki, sağlamlığınız üçün olduqca pis bir seçimdir.
Acılı qidalar
Ədviyyatlar yeməyinizin dadını və qoxusunu daha yaxşı edir. Ancaq səhər, acqarına yemək yaxşı seçim deyil. Bunun səbəbi mədənin asanlıqla qıcıqlanmasına səbəb olması sonra spazmlara və ya hətta turşu reaksiyalarına çevrilməsidir.
Şəkər
Həzm etmək çox asan ola bilər, ancaq acqarına daxil olduqda vücudunuzun lazımi qan səviyyəsini qorumaq üçün lazım olan insulini sərbəst buraxmasına mane olur. Bu baş verdikdə görmə probleminiz ola bilər. Daha da pisi şirniyyatlar bədəninizdəki turşu və qələvi balansını pozur. Bu səbəbdən şəkərli diabetiniz varsa və ya şəkərli diabet riskiniz varsa, şirniyyatlardan tamamilə çəkinin.
Qatıq
Qatıqda, şübhəsiz ki, bir çox sağlamlıq faydaları olan laktik turşu bakteriyası var. Ancaq mədədəki turşu miqdarı sayəsində laktik turşu acqarına təsirsiz hala gəlir.
Bu, bu cür süd məhsullarında olan laktik turşu bakteriyalarını öldürür və daha da turşuluğa səbəb olur. Bu səbəbdən qatıq yemək ən yaxşısıdır, yaxşı yemək yedikdən bir-iki saat sonra bunu etsəniz, yaxşı olar.
Armudda çoxlu xam lif var. Acqarına yediyiniz zaman həssas selikli qişalara zərər verirsiniz. Bu da öz növbəsində mədə xəstəliklərinə səbəb olur. Bu səbəbdən yulaf və ya digər dənli bitkilər kimi bir şey yedikdən sonra yemək tövsiyə olunur.
Mənbə: CNN Türk
Tərcümə etdi: Aysu Əsədova
